Ајәтуллаһ Мисбаһ Јәзди


CƏBRƏ MEYL EDƏNLƏRİN YARATDIĞI ŞÜBHƏLƏRİN DƏF EDİLMƏSİ



Yüklə 2,8 Mb.
səhifə93/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   89   90   91   92   93   94   95   96   ...   289

CƏBRƏ MEYL EDƏNLƏRİN YARATDIĞI ŞÜBHƏLƏRİN DƏF EDİLMƏSİ


Cəbrə meyl edənlərin yaratdığı şübhələrin ən mühümləri aşağıdakılardır:

1.İnsanın iradəsi batini meyllərin həyəcanlanması və təhrik olunması sayəsində formalaşır. Nə bu meyllərin özü insanın ixtiyarındadır, nə də onun xarici amillər vasitəsilə təhrik edilməsi. Deməli, bu barədə ixtiyar və seçkiyə heç bir yer qalmır.

Cavab bundan ibarətdir ki, meyllərin təhrik olunması iradə və qərara gəlmək üçün şərait hazırlayır, nəinki müəyyən bir iş görmək barəsində qərar meyllərin təhrik olunmasının cəbri nəticəsi olaraq müqavimət göstərmə qüdrətini insandan alır. Şahidimiz də budur ki, çox hallarda insan üçün şəkk-şübhəli və tərəddüdlü vəziyyət yaranır. Bu hallarda o, qərara gəlib dərindən fikirləşməyə və ziyanla faydanı müqayisə etməyə ehtiyac duyur və bəzən də bu iş çox çətinliklə baş verir.

2.Müxtəlif elmlərdə isbat olunduğuna əsasən vərasət (irsiyyət), vəzlərdən hormonun ifrazı (bunlar xüsusi yeyinti məhsulları və dərmanların təsirindən olur) kimi müxtəlif amillər, eləcə də ictimai və mühit amilləri insan iradəsinin formalaşmasında təsirlidir. İnsanların rəftarındakı fərqlər də bu amillərin fərqlərinə tabedir. Belə ki, dini mənbələrdə də bu məsələ müəyyən qədər təsdiq olunmuşdur. Deməli, insanın fellərini onun azad iradəsindən qaynaqlandığını hesab etmək olmaz.

Bu cür şübhənin cavabı odur ki, ixtiyar və azad iradənin qəbul olunması bu amillərin təsirinin inkar edilməsi mənasına deyil. O mənadadır ki, insan belə amillər vasitəsilə müqavimət göstərərək müxtəlif məqsədlərin çarpazlaşdığı nöqtədə birini seçə bilər.

Əlbəttə, bu amillərdən bəzilərinin güclü olması müəyyən vaxtlar onların əksinə olan işi seçmək və müqaviməti çətinləşdirir, lakin əvəzində belə seçki və müqavimət kamalda daha artıq təsir qoyur, mükafata daha çox layiq olmağa səbəb olur. Belə ki, son dərəcə güclü ruhi həyəcanlar və sair çətin şəraitlər günahın yüngülləşdirilməsinə və cəzanın azaldılmasına səbəb olur.

3.Cəbrə meyl edənlər üçüncü şübhədə deyirlər ki, Mütəal Allah dünyadakı bütün varlıqlara, o cümlədən, insanın fellərinə ona başlamazdan əvvəl agahdır və ilahi elmdə xətaya yol verilmədiyindən, bütün hadisələr hökmən Allahın əzəli elminə uyğun olaraq baş verməlidir və onda heç bir qanun pozuntusu mümkün deyildir. Buna əsasən insanın ixtiyar və seçkisi üçün yer qalmayacaqdır.

Cavab bundan ibarətdir ki, Allahın bütün hadisələrə olan elmi həmin hadisələr necə baş verəcəksə, o cür də olur və insanın ixtiyari felləri də Mütəal Allah üçün ixtiyari olmaqla məlumdur. Deməli, əgər icbari olmaq şərti ilə gerçəkləşsə, o zaman Allahın elminin əksinə olmuş olar. Məsələn, Allah-taala filan şəxsin filan tarixdə müəyyən bir iş görməyi qərara alacağını və o işi görəcəyini bilir. Nəinki, Allahın elmi yalnız işin baş verməsinə və həmin işin failin ixtiyar və iradəsi ilə əlaqəsini nəzərə almadan aid olsun. Deməli, Allahın əzəli elmi insanın azad iradə və ixtiyarı ilə zidd deyildir.

Cəbrə meyl edənlərin şübhələrindən biri də qəza və qədər məsələsi ilə əlaqədardır ki, onlar qəza və qədərin insanın ixtiyarı ilə uyğun gəlmədiyini təsəvvür edirlər. Biz gələn dəsrdə bu məsələ ilə bağlı izahat verəcəyik.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin