Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə98/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   94   95   96   97   98   99   100   101   ...   289

ŞÜBHƏNİN DƏF EDİLMƏSİ


İnsanın ixtiyari fellərinin varlığının Mütəal Allaha istinad verilməsi ilə onların insanın özünə istinad verilməsi arasında ziddiyyət yoxdur, çünki bu istinadlar bir-birinin davamındadır və bir-birinə maneçilik törətmir.

Başqa sözlə desək, felin insani failə istinad verilməsi bir səthdədir və onun varlığının Mütəal Allaha istinad verilməsi isə daha yüksək bir səthdədir ki, bu səthdə insanın özünün varlığı, işi üzərində gördüyü maddənin varlığı, işi onların vasitəsilə gördüyü alətlərin varlığı hamılıqla Ona istinad verilir.

Deməli, insan iradəsinin öz işində “tam illətin sonuncu hissəsi” kimi təsir göstərməsi ilə tam illətin bütün hissələrinin Mütəal Allaha istinad verilməsi arasında ziddiyyət yoxdur. Dünyanı, insanı və onun bütün vücud işlərini Öz qüdrəti əlində saxlayan, onlara arasıkəsilmədən vücud bağışlayan, onların növbənövlərini yaradan məhz Allahdır və heç bir varlıq, heç bir halda və heç bir zamanda Ondan ehtiyacsız, Allah qarşısında istiqlaliyyətə malik deyildir. Deməli, insanın ixtiyari işləri Allahdan ehtiyacsız və Onun iradəsi hüdudlarından kənarda olmayacaq, onların bütün sifətləri, xüsusiyyətləri, həddi-hüdudu da ilahi qəza və təqdirə bağlı olacaqdır. Belə deyildir ki, “ya insanın iradəsinə istinad verilmiş olsun, ya da Allahın iradəsinə”. Çünki bu iki iradə bir-biri ilə eyni səviyyədə, bir-birinə mane olacaq tərzdə deyildir və onların işlərin gerçəkləşməsindəki təsiri bədəl üzrə (növbə ilə) baş vermir. Əksinə, insanın iradəsi onun varlığının özü kimi Allahın iradəsinə bağlıdır və onun gerçəkləşməsində Mütəal Allahın iradəsi zəruridir:

Və aləmlərin Rəbbi olan Allahın istədiyi şeydən başqa heç nə istəyə bilməzsiniz.”1



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin