Cavab: Əvvəla, varlıqların bu dünyadakı ölüm və həyatları da təkvini və səbəb-nəticə qanunlarına bağlıdır və bunlar yaradılış sisteminin tələbidir. İkincisi, əgər canlı varlıqlar ölməsəydi, sonrakı varlıqların yaradılmasına şərait yaranmaz və gələcək nəsillər vücud və həyat nemətindən məhrum olardı. Üçüncüsü, əgər bütün insanların diri qalmasını fərz etsək, qısa bir zaman ərzində yer üzü onların həyatı üçün daralar və əzab-əziyyətdən, aclıqdan ölüm arzusu edərdilər. Dördüncüsü, insanın yaradılışında əsas hədəf əbədi səadətə çatmaqdır, insanlar ölüb bu dünyadan köçməyincə son hədəflərinə nail ola bilməzlər.
3.Mövcud oln bu qədər əzab-əziyyətlər, xəstəliklər, təbii fəlakət və bəlalar (sel və zəlzələ kimi), ictimai çətinliklər (zülmlər və müharibələr) Allahın ədaləti ilə necə uyğun gəlir?
Cavab: Əvvəla, xoşagəlməz təbii hadisələr maddi amillərin qarşıdurmasından və onların arasındakı qarşılıqlı təsirdən irəli gəlir. Onların xeyirləri şərlərinə qələbə çaldıqda hikmətin əksinə deyil. İctimai pozuntuların, haqsızlıqların yaranması insanın azad və ixtiyar sahibi olmasından irəli gəlir ki, bu da ilahi hikmətin tələbidir. Eyni zamanda ictimai həyatın mənafeyi onda mövcud olan pozuntulardan, haqsızlıqlardan daha artıqdır. Əgər pozuntular qələbə çalarsa, yer üzündə insan qalmaz.
İkincisi, bir tərəfdən bu qədər əzab-əziyyətlər, çətinliklər insanın təbiətin sirlərini kəşf etməsinə, müxtəlif elm və texnikanın yaranmasına səbəb olur, digər tərəfdən də bu kimi amillərlə mübarizə aparmaq istedadların çiçəklənib inkişaf etməsinə, insanların tərəqqi və təkamülünə səbəb olur. Nəhayət, bu dünyada hər cür əzab-əziyyətə və çətinliyə sinə gərmək düzgün məqsədlə olarsa, əbədi axirət dünyasında çox dəyərli mükafata malik olacaq və onun əvəzi ən gözəl şəkildə veriləcəkdir.
4.Bu dünyada məhdud zaman ərzində edilən günahlar üçün əbədi əzab verilməsi ilahi ədalətlə necə uyğun gələ bilər?
Cavab: Yaxşı əməl ilə axirət mükafatı və pis əməl ilə axirət cəzası arasında bir növ səbəbiyyət əlaqəsi mövcuddur ki, ilahi vəhy vasitəsilə camaata xatırladılmışdır. Elə bu dünyada bəzi cinayətlərin uzun-uzadı və acınacaqlı təsirləri olur, məsələn, insanın özünün, yaxud başqasının gözünü bir anda kor etməsinin nəticəsi ömrünün axırına qədər kor qalmasına səbəb olur. Böyük günahlar da axirətdəki əbədi təsirlərə malikdir. Əgər bir şəxs bu dünyada onların təsirinin aradanqaldırma vasitələrini (tövbə kimi) tədarük görməzsə, onun pis nəticələri əbədi nəsibi olacaqdır. İnsanların bir anlıq törədilən cinayət vasitəsilə ömürlərinin axırına qədər kor qalmaları ilahi ədalətlə zidd olmadığı kimi, böyük günahlar sayəsində əbədi əzaba düçar olmağın da ilahi ədalətlə ziddiyyəti yoxdur. Çünki bu, günahkar şəxsin agahlıq və qəsdən etdiyi əməlin nəticəsidir.
Dostları ilə paylaş: |