Ајәтуллаһ Мисбаһ Јәзди


İNSANIN KAMİLLİYƏ ÇATMASI ƏQLİNƏ TABE OLMAQLA MÜMKÜNDÜR



Yüklə 2,8 Mb.
səhifə13/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   9   10   11   12   13   14   15   16   ...   289

İNSANIN KAMİLLİYƏ ÇATMASI ƏQLİNƏ TABE OLMAQLA MÜMKÜNDÜR


Bitkilərin inkişaf edib təkamülə çatmaları xarici səbəb və şəraitlərin varlığına bağlı olub icbari xarakter daşıyır. Heç bir ağac öz ixtiyarı ilə inkişaf etmir və öz istəyi ilə meyvə vermir. Çünki onun şüur və iradəsi yoxdur.

Canlıların təkamülündə də az-çox iradə və seçim görmək olar. Amma bu iradə kor-koranə heyvani qərizədən qaynaqlanmaqla yanaşı, çox məhdud və təbii ehtiyaclar səviyyəsində olub heyvani hisslər və instinktlə məhdudlaşır.

Amma insan heyvanların və bitkilərin xüsusiyyətlərindən əlavə iki ruhi fərqə da malikdir. Əvvəla, onun fitri istəkləri təbii ehtiyaclarla hüdudlanmır, digər tərəfdən də əql qüvvəsinə malikdir ki, onun vasitəsilə məlumatlar dairəsini sonsuzluğa tərəf genişləndirə bilər. Məhz bu xüsusiyyətlər əsasında onun iradəsinin həddi-hüdudu təbiətin məhdud sərhədlərini aşır və sonsuzluğa doğru meyl edir.

Bitkinin təkamülünün xüsusi nəbati qüvvədən, heyvanın isə qərizə və hissi idraklardan qaynaqlanan iradə sayəsində olduğu kimi insanın xüsusi təkamülü də (onun ruhi təkamülü) agahlıq üzündən olan iradə, eləcə də istənilən və bəyənilən şeyin müxtəlif mərtəbələrini tanıyan və bir-biri ilə müqayisə etdikdə onların ən yaxşısına üstünlük verən əqlin yol göstərməsi sayəsində hasil olur.

Buna əsasən, o rəftar məhz insana məxsusdur ki, həmin rəftarı insana məxsus olan meyllərdən qaynaqlanan iradə və əqlin himayəsi altında baş vermiş olur. Heyvani məqsədlərlə yerinə yetirilən rəftarlar heyvani, eləcə də mexaniki qüvvələrin təsirindən insan bədənində vücuda gələn hərəkətlər isə sadəcə olaraq, fiziki hərəkətlər olacaqdır.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin