Ајәтуллаһ Мисбаһ Јәзди


PEYĞƏMBƏRLƏRİN MÖCÜZƏLƏRİNİN XÜSUSİYYƏTLƏRİ



Yüklə 2,8 Mb.
səhifə138/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   134   135   136   137   138   139   140   141   ...   289

PEYĞƏMBƏRLƏRİN MÖCÜZƏLƏRİNİN XÜSUSİYYƏTLƏRİ


Möcüzənin tərifində qeyd olunan üçüncü mətləb bundan ibarətdir ki, peyğəmbərlərin möcüzələri onların öz iddialarında doğru olmaqlarının nişanəsidir. Buna görə də xariqüladə bir iş kəlam terminində möcüzə adlandırılan zaman Allahın xüsusi izninə istinad verilməkdən əlavə, peyğəmbərin peyğəmbərliyinin dəlili kimi qeyd olunur. Əgər bu məsələ ümumi götürülsə, imamət iddiasında olan şəxsin də iddiasının doğruluğuna dəlil olacaqdır. Beləliklə də, kəramət istilahı Allah övliyalarından baş verən digər ilahi xariqüladə işlərə aid olacaqdır. Bu da murtazların (yoqların) əməlləri, sehr və kahinlik kimi şeytani və nəfsani qüvvələrə istinad edilən xariqüladə işlərin müqabilində durur. Bu kimi əməllər həm öyrənib-öyrədilməyə qabildir, həm də daha güclü qüvvə tərəfindən məğlub edilir. Adətən, onların ilahi olmamasını bu işləri göstərənlərin əqidə və əxlaqlarının fasid olması ilə bilmək olar.

Digər bir məsələ budur ki, peyğəmbərlərin möcüzələri onların nübüvvət iddialarının doğruluğunu birbaşa isbat edir. Amma risalət məzmununun doğruluğu, onların möcüzədən qeyri yollarla təbliğ etdikləri fərmanlara itaət etmək zərurəti isə başqa yollarla sübut olunur. Başqa sözlə desək, əqli dəlillə peyğəmbərlərin nübüvvəti, nəqli dəlillərlə isə onların risalətinin möhtəvası isbat olunur.3



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin