Qurani-kərimdə Allah peyğəmbərlərindən bir qrupu “ulul-əzm” kimi təqdim olunmuşdur.1 Lakin onların xüsusiyyətləri bəyan edilməmişdir. Əhli-beyt (ə) rəvayətlərindən aydın olur ki, ulul-əzm peyğəmbərlər beş nəfərdir: Həzrət Nuh (ə), həzrət İbrahim (ə), həzrət Musa (ə), həzrət İsa (ə), həzrət Məhəmməd (s).2
Onların Qurani-kərimdə işarə edilən səbr və müqavimət kimi məziyyətlərindən əlavə, hər birinin müstəqil şəriət və kitabı da olmuşdur. Onlarla müasir olan, yaxud sonra gələn peyğəmbərlər də növbəti ulul-əzm peyğəmbər məbus olub yeni kitab və şəriət gətirənə qədər onların şəriətinə tabe olmuşlar.
Deməli, vahid zamanda iki peyğəmbərin bir yerdə olması mümkündür. Məsələn, həzrət Lut (ə) həzrət İbrahimlə (ə), həzrət Harun (ə) həzrət Musa (ə) ilə eyni zamanda peyğəmbərliyə çatmış, həmçinin həzrət Yəhya (ə) da həzrət İsanın (ə) dövründə yaşamışdır.
Dostları ilə paylaş: |