Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə150/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   146   147   148   149   150   151   152   153   ...   289

BİR NEÇƏ MƏSƏLƏ


Bu dərsin axırında nübüvvət məsələsi ilə bağlı bir neçə mətləbi qısa şəkildə qeyd edirik:

a) Allahın peyğəmbərləri bir-birini təsdiq edir və özündən sonra peyğəmbərin gələcəyini xəbər verirdilər.3 Deməli, əgər bir kəs nübüvvət iddiası etsə, amma özündən əvəlki, yaxud onunla müasir olan peyğəmbəri təkzib etsə şübhəsiz yalançıdır.

b) Allah peyğəmbərləri ilahi risalət və peyğəmbərlik vəzifəsini yerinə yetirməkdə camaatdan heç bir muzd istəmirdilər.4 Yalnız İslam Peyğəmbəri (s) özünün Əhli-beytinə (ə) məhəbbət bəsləməyi öz risalətinin əcr və muzdu kimi müəyyən etmişdir.5 Bu, bir növ, onlara (ə) tabe olmaq üçün təkid məqsədi ilə müəyyən olunmuşdur. Həqiqətdə bu işin faydaları ümmətin özünə aid olur.1

v) Allah peyğəmbərlərinin bəzilərinin mühakimə, hakimiyyət və s. kimi digər ilahi mənsəblərə də malik olmuşlar. Peyğəmbərlər arasında nümunə olaraq həzrət Davud (ə) və həzrət Süleymanı (ə) göstərmək olar. “Nisa” surəsinin 64-cü ayəsində hər bir peyğəmbərə mütləq şəkildə itaət etməyin vacib edilməsindən aydın olur ki, bütün peyğəmbərlər belə məqama malik olmuşlar.

q) İxtiyar sahibi və mükəlləf məxluq olan, adi halda insanlar tərəfindən görünə bilməyən cinlər bəzi peyğəmbərlərin dəvətindən agah olmuşlar. Aralarında pərhizkar və əməlisalehləri onlara iman gətirmişlər. Onların arasında həzrət Musanın və həzrət Məhəmmədin (s) adrıcılları vardır. Bəziləri də İblisə tabe olaraq Allahın peyğəmbərlərini inkar etmişlər.2


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin