Ајәтуллаһ Мисбаһ Јәзди


q) Təhdidetmə və ya mal-dövlət vədəsi vermə



Yüklə 2,8 Mb.
səhifə157/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   153   154   155   156   157   158   159   160   ...   289
q) Təhdidetmə və ya mal-dövlət vədəsi vermə. Qurani-kərimdə nəql olunur ki, Allahın peyğəmbərlərini və onların ardıcıllarını şəhərdən çıxartmaq, diyarından və vətənindən sürgün etmək, daşqalaq edib öldürmək və işgəncələrlə təhdid edirdilər.1 Digər tərəfdən də onları mal-dövlətlə tamahlandırırdılar və həm də çoxlu miqdarda mal-dövlət sərf edərək camaatın peyğəmbərlərə tabe olmasına mane olurdular.2

e) Kobud rəftar və qətl. Nəhayət onlar, peyğəmbərlərin və onların həqiqi ardıcıllarının səbr, müqavimət və dözümlülüyünü, bu yolda ciddi və dönməz olduqlarını gördükdə,3 hər bir tədbir və əks təbliğatların təsir qoyacağından ümidsiz olduqda, onlara qarşı öz təhdidlərini əməli olaraq həyata keçirməyə və onlarla çox rəhmsiz davranmağa başladılar. Belə ki, onlar, peyğəmbərlərin çoxunu qətlə yetirir4 və insan cəmiyyətini belə bir böyük ilahi nemətlərdən, ən səlahiyyətli və ləyaqətli islahatçılardan, ictimai rəhbərlərdən məhrum edirdilər.

Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin