CƏMİYYƏTİN İDARƏ OLUNMASINDA BƏZİ İLAHİ QANUNLAR
Peyğəmbərlərin göndərilməsində əsas hədəf insanların onları dünya və axirət səadətinə yetirə biləcək lazımi maarifə yiyələnib vəhy vasitəsilə əql və təcrübələrinin mövcud çatışmazlıqlarını aradan qaldırmaqdır. Başqa sözlə desək, məqsəd höccətin onlara tamam edilməsi olmasına baxmayaraq,5 peyğəmbərlər zahir olarkən Allah-taala onların dəvətinin qəbul olunması üçün Özünün sonsuz rəhməti və hikmətli tədbirləri ilə xüsusi ruhi-mənəvi bir şərait yaradır ki, camaatın təkamül yolundakı hərəkətlərinə müəyyən qədər kömək olsun. Haqq qarşısında kafir olub Allahdan və peyğəmbərlərdən üz döndərməyin ən böyük amili ehtiyacsızlıq hiss etmək6 və məxluqatın hərtərəfli ehtiyaclarından qafillik olduğundan hikmətli Pərvərdigar elə bir şərait yaratmışdır ki, camaat öz ehtiyaclarını dərk etsin, qəflət, qürur və təkəbbürdən əl çəksin. Buna görə də müəyyən çətinliklər yaradırdı ki, istər-istəməz özlərinin aciz və bacarıqsız olduğunu dərk edib Allah dərgahına üz gətirsinlər.7
Amma bu amilin də hərtərəfli və ümumi bir təsiri olmadı. Camaatın çoxu, xüsusilə, daha artıq maddi rifah halında yaşayan, uzun illər başqalarına zülm edərək özləri üçün eyş-işrət vasitələri hazırlayan və Quranın təbiri ilə desək “qəlbləri daş kimi bərkimiş” insanlar ayılıb özlərinə gəlmir,8 qəflət yuxusunda qalaraq öz batil yollarını davam etdirirdilər. Peyğəmbərlərin xəbərdarlıqları, öyüd-nəsihətləri və moizələri də onlara təsir göstərmirdi. Mütəal Allah göndərilən bəlaları və giriftarçılıqları aradan qaldırdıqdan və Öz nemətlərini camaata bir daha nazil etdikdən sonra deyirdi ki, bu cür dəyişikliklərin baş verməsi, çətinlik və asayişin bir-birini əvəz etməsi, qəmin şadlığa çevrilməsi həyatın tələbidir və elə keçmiş nəsillər üçün də baş vermişdir.1 Bunun ardınca yenidən zülm edərək mal-dövlət toplamağa, qüdrət dairələrini genişəndirməyə başlayır, amma elə bu maddi imkanların artmasının Allah tərəfindən onların dünya və axirətdəki bədbəxtliklərinin artmasına səbəb olmasından qafil idilər.2 Halbuki peyğəmbərlərin ardıcılları say və qüdrət baxımından elə bir həddə çatırdılar ki, artıq müstəqil bir cəmiyyət təşkil etmək, özlərini müdafiə etmək və Allah düşmənləri ilə mübarizə aparmaq imkanı kəsb edirdilər.3 Onların vasitəsilə kafirlərə və zalımlara ilahi əzab nazil olurdu.4 Bəzən möminlər peyğəmbərlərin göstərişi ilə kafirlərdən ayrılıb kənara çəkilirdilər. Haqq yoluna qayıdacaqlarına ümidi olmayan bir cəmiyyətə Allahın əzabı başqa bir yolla nazil olurdu.5 Allahın bəşər cəmiyyətlərini idarə etməkdəki dəyişilməz qayda-qanunu məhz bundan ibarətdir.6
Dostları ilə paylaş: |