Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə159/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   155   156   157   158   159   160   161   162   ...   289

SUALLAR


1.Camaatın peyğəmbərlərin dəvətinə olan reaksiyası necə idi?

2.Peyğəmbərlərlə müxalifliyin səbəblərini bəyan edin.

3.Peyğəmbərlərin müxalifləri hansı yollardan istifadə edirdilər?

4.Peyğəmbərlərin besəti və camaatın onların qarşısındakı reaksiyası ilə əlaqədar ilahi qanunları bəyan edin.


OTUZ BİRİNCİ DƏRS

İSLAM PEYĞƏMBƏRİ (S)

Müqəddimə

İslam Peyğəmbərinin (s) risalətinin isbat olunması

MÜQƏDDİMƏ


Tarixin müxtəlif dövr və zamanlarında on minlərlə peyğəmbər göndərilmiş və insanların hidayət və təlim-tərbiyəsində özlərinin parlaq rollarını ifa edərək bəşər cəmiyyətinin mənəviyyatında çox dərin izlər qoymuşlar. Onların hərəsi müəyyən bir qrup insanı düzgün əqidə və yüksək dəyərlər əsasında tərbiyə etmiş, başqalarına da dolayı yollarla təsir göstərmişdir. Bəziləri tövhid və ədalət əsasında bir cəmiyyət də yaradıb ona rəhbərlik etməyi öhdələrinə ala bilmişlər.

Onlardan həzrət Nuh (ə), həzrət İbrahim (ə), həzrət Musa (ə), həzrət İsa (ə) Mütəal Allah tərəfindən fərdi və ictimai qayda-qanunlara, hökmlərə, zaman şəraitinə uyğun olan qanuni və əxlaqi vəzifələrə şamil olan kitabları insanlara çatdırmışlar. Amma bu kitablar ya zamanın keçməsi ilə tamamilə məhv olub aradan getmiş, yaxud da məna və sözlərində çoxlu təhriflərə məruz qalmışdır. Nəticədə asimani şəriətlər və ayinlər məsx olunmuş, tam dəyişdirilmiş bir vəziyyətə düşmüşlər. Məsələn, həzrət Musaya (ə) nazil edilmiş Tövratda çoxlu təhriflər edilmişdir, “İsanın İncili” adlı bir şey qalmamış, o Həzrətin (s) ardıcıllarından sayılan bəzi şəxslərin əlyazmaları toplanaraq “Müqəddəs kitab” adı ilə təqdim olunmuşdur.

Şəxsi-qərəzi olmayan bir adam hazırkı Tövrat və İncilə nəzər saldıqda onlardan heç birinin Musaya, yaxud İsaya nazil edilmiş kitabın olmadığını biləcəkdir. Belə ki, Tövratda Mütəal Allah (nəuzubillah) bir insan kimi təcəssüm edilir. Guya, Onun əksər işlər barədə agahlığı yoxdur,1 dəfələrlə gördüyü işdən peşman olub2, bəndələrindən biri olan həzrət Yəqubla (ə) güləşir, ona qalib gələ bilmir və nəhayət, camaat öz Allahlarını belə bir vəziyyətdə görməsin deyə ondan əl çəkməsini istəyir.3 Bu kitabda ilahi peyğəmbərlərə yaramaz nisbətlər verilir, məsələn, nəuzubillah, həzrət Davuda (ə) zina,4 Həzrət Luta şərab içmək və öz məhrəmləri ilə zina etmək nisbəti verilir.5 Bütün bunlardan əlavə, Tövratın nazil olduğu şəxsin, yəni həzrət Musanın (ə) vəfatı hadisəsi, harada və necə dünyadan getdiyi də şərh olunur.6

Məgər elə bu, həmin kitabın həzrət Musadan (ə) olmadığını başa düşmək üçün kifayət deyildirmi?

Hazırkı İncilin vəziyyətinə gəldikdə isə, o, Tövratdan da rüsvayçı vəziyyətdədir. Çünki həzrət İsaya (ə) nazil olmuş kitab hazırda mövcud deyildir və məsihilərin özləri də hazırkı İncilin Allahın həzrət İsaya (ə) nazil etdiyi kitab olduğunu iddia etmirlər. Əksinə, onun içində mövcud olan məsələlər o Həzrətin (ə) ardıcıllarından bir neçəsinə mənsub edilən məlumatlar toplusudur. Məsihilər şərab içməyə icazə verməkdən əlavə, onun hazırlanmasını “İsanın möcüzəsi” kimi qələmə verirlər.1

Bir sözlə, bu iki böyük peyğəmbərə nazil olmuş vəhylər tamamilə təhrif edildiyindən insanları hidayət etməkdə öz rolunu oynaya bilməz.

Bu təhriflərin necə baş verməsinə gəldikdə isə, qeyd etmək lazımdır ki, onun müfəssəl bəyanı bu kitaba sığmaz.2

Həzrət Məsihin (ə) miladından 600 il keçəndə dünyanın hər yerini cəhalət və zülmət qaranlığı bürüdüyü, ilahi hidayət məşəllərinin hər diyarda söndüyü zaman Mütəal Allah Özünün son və ən fəzilətli peyğəmbərini o dövrün ən qaranlıq və irticaçı cəmiyyətindən seçib göndərmişdir ki, vəhyin parlaq məşəlini bütün insanların yolu üzərində və həmişəlik olaraq yanar saxlasın. Hər növ təhrifdən, dəyişdirmədən amanda olan əbədi ilahi kitabı insanların ixtiyarına versin, həqiqi maarifləri və asimani hikmətləri, ilahi qanun və hökmləri insanlara öyrətsin, bütün insanları dünya və axirətdəki səadətə doğru hidayət etsin.3

Əli (ə) Peyğəmbəri-Əkrəmin (s) zühuru zamanı bu dünyada mövcud olan vəziyyəti şərh edərkən belə buyurur:

Mütəal Allah Rəsuli-Əkrəmi (s) elə bir dövrdə peyğəmbərliyə seçdi ki, əvvəlki peyğəmbərlərin besətindən çox vaxt keçmişdi, insanlar dərin və uzun qəflət yuxusuna dalmışdılar, fitnə-fəsad dünyanın hər yerində şölələnirdi, işlərin bir-biri ilə olan əlaqəsi tamamilə kəsilmişdi. Müharibə odu şölələnmiş, cəhalət və günah qaranlıqları hər yeri bürümüş, hiylə və məkrlər aşkar olmuşdu. Bəşər həyatının yarpaqları saralmış, onların səmərə vermək ümidi tamamilə aradan getmişdi. Sular qurumuş, hidayət məşəlləri sönmüş, zəlalət və azğınlıq bayraqları ucalmışdı. Alçaqlıq və bədbəxtlik insanlara hücum etmiş, özünün çirkin çöhrəsini aşkar etmişdi. Bu fəsadlar və qara günlər fitnə-fəsaddan başqa heç bir şey gətirmirdi, qorxu və ümidsizliyin hakim kəsildiyi insanlar qaniçənlərin qılıncından başqa bir sığınacaq yeri görmürdülər.”4

Peyğəmbəri-Əkrəmin (s) zühuru dövründən etibarən həqiqət axtaran hər insan üçün Allahı tanımaqdan sonra ən mühüm məsələ o Həzrətin (s) nübüvvət və risaləti, müqəddəs İslam dininin haqq olması barədə tədqiqat aparmaqdır. Qurani-kərimin bəşər əlində mövcud olan yeganə asimani kitab ünvanı ilə haqq, etibarlı, hər növ təhrif və dəyişiklikdən salamat qalmasının isbat edilməsi ilə yanaşı digər düzgün əqidələrin isbat edilməsi, bütün insanlardan ötrü dəyər sisteminin və əməli vəzifələrin bəyan olunması üçün zəmanət verilmiş bir yoldur. Bunun vasitəsilə dünyanın axırına qədər ideologiya və dünyagörüşün başqa məsələlərinin həlli yolu aydınlaşır.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin