Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə161/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   157   158   159   160   161   162   163   164   ...   289

SUALLAR


1.Əvvəlki peyğəmbərlərin kitablarının vəziyyətini şərh edin.

2.Tövratın təhrifolunma nişanələrindən bir neçəsini qeyd edin.

3.Mövcud İncilin etibarlı olub-olmamasını sübut edin.

4.İslam Peyğəmbərinin (s) risalətinin əhəmiyyətini bəyan edin.

5.Peyğəmbəri-Əkrəmin (s) risalətinin isbat olunması yollarını bəyan edin.

OTUZ İKİNCİ DƏRS

QURANIN MÖCÜZƏSİ

Quranın möcüzə olması

Quranın möcüzə və cəhətləri

a) Fəsahət və bəlağət

b) Onu gətirənin ümmi (heç bir təhsil görməyən) olması

v) Ayələr arasında uyğunluq ixtilafının olmaması


QURANIN MÖCÜZƏ OLMASI


Qurani-kərim heç kəsin onun kimi bir kitab gətirməyə qadir olmayacağını tam aşkar şəkildə və qətiyyətlə elan edən yeganə asimani kitabdır. O buyurur: «Hətta, əgər bütün insanlar və cinlər bir-biri ilə həmkarlıq etsələr, yenə belə bir işi görə bilməzlər.1 Onlar təkcə Quran kimi kamil kitabı gətirməyə deyil, hətta on surəni2 və yaxud heç olmazsa, bir sətirlik ayəni belə gətirməyə qadir olmayacaqlarını iddia edir.»3

Sonra daha artıq təkidlə hamını təhəddi məqamına çağırıb onlardan mübarizə tələb edir. Onların belə iş görməyə qadir olmamalarını, bunun ilahi kitab olmasına və Peyğəmbəri-Əkrəmin (s) risalətinə bir dəlil hesab edir.4

Deməli, bu şərif kitab özünün möcüzə olmasını iddia edir. Onu gətirən şəxs də onu özünün peyğəmbərliyinə dair bir dəlil və əbədi möcüzə kimi ilə bütün dövrlərdə olan insanlara təqdim edir. On dörd əsrin keçdiyi hazırkı dövrdə belə bu ilahi çağırış gecə-gündüz dost və düşmən təbliğatları tərəfindən bütün dünyaya çatdırılaraq höccəti onlara tamam edir.

Digər tərəfdən Peyğəmbər (s) öz dəvətini aşkar etdiyi ilk günlərdə bu ilahi dinlə mübarizə aparmaq üçün heç nəyi əsirgəməyən çox qəliz, qəddar, kin-küdurətli və inadkar düşmənlərlə qarşılaşmışdı. Onlar təhdid və şirnikləşdirmə vasitələrinin təsir qoyacağından ümidsiz olduqdan sonra o Həzrəti (s) qətlə yetirmək istədilər. Allah da Öz tədbiri ilə onların bu məkrli planlarını gecə ikən Mədinəyə doğru hicrət əmri verməklə zərərsizləşdirdi. Hicrətdən sonra əziz ömrünün qalanını müşriklərlə və onların yəhudi həmkarları ilə müharibələrə sərf etdi. O Həzrətin (s) vəfatından bu günkü günə qədər daxili münafiqlər və xarici düşmənlər daim bu Allah nurunu söndürməyə çalışmış və əməllərindən usanmamışlar. Əgər Qurani-kərim kimi bir kitabı gətirmək mümkün olsaydı, heç vaxt bu fikirdən dönməzdilər.

Bütün dünya dövlətlərinin İslamı özlərinin zalımcasına rəftarları və istismarçı tədbirləri qarşısında ən böyük düşmən kimi görüb onunla ciddi mübarizəyə qalxdıqlarına və hər növ maddi, elmi, siyasi və təbliğat vasitələrindən istifdə edərək bu dinlə mübarizə aparmalarına baxmayaraq, Quranın kiçik surələrindən birinə oxşar olan heç olmazsa, bir sətir hazırlayaraq onu kütləvi təbliğat və informasiya vasitələri ilə dünyaya təqdim edə bilsəydilər, bunu mütləq edərdilər. Çünki bu iş İslamla mübarizə aparıb onun genişlənməsinin qarşısını almaq üçün ən sadə, ən az xərc tələb edən və ən təsirli yoldur.

Deməli, həqiqət axtaran hər bir ağıllı şəxs bu incəliklərə diqqət yetirməklə Quranın müstəsna bir kitab, heç nədən təqlid edilməyən və heç bir qrupun, şəxsin gətirə bilmədiyi kitab olduğunu anlayacaqdır. Yəni möcüzənin bütün xüsusiyyətlərinə (xariqüladə, ilahi olmaq, təqlidlə əldə edilməsi mümkün olmayan, nübüvvətin doğruluğuna bir dəlil ünvanı ilə gətirmək kimi xüsusiyyətlərə) malikdir. Məhz buna görə də Peyğəmbəri-Əkrəmin (s) dəvətinin doğruluğuna və müqəddəs İslam dininin haqq olmasına qəti bir dəlildir. Allahın bəşər cəmiyyətinə əta etdiyi ən böyük nemətlərdən biri də budur ki, bu şərif kitabı həmişəlik möcüzə surətində qalacaq, özünün doğru və səhihlik dəlillərinə malik olacaq formada nazil etmişdir. Özü də elə dəlil ki, bunu anlamaqdan ötrü mütəxəssis olmağa ehtiyac yoxdur və hər kəs üçün dərk olunub qəbul edilməyə qabildir.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin