2.Qurandan heç nə azaldılmayıb
Sünni və şiə alimlərindən olan böyük şəxsiyyətlər aşkar şəkildə buyurublar ki, Qurani-kərimə heç bir şey artırılmadığı kimi, ondan bir şey də azaldılmayıbdır. Bu mətləb üçün çoxlu dəlillər gətirmişlər. Lakin sünni və şiələrin hədis kitablarında bəzi saxta hədislərin nəql olunması, eləcə də bəzi mötəbər rəvayətlərdən düzgün olmayan nəticə alınması nəticəsində Qurani-kərimdən bəzi ayələrin ixtisara salınmasına və ya çıxarılmasına ehtimal verənlər və ya təkid edənlər olmuşdur.1
Qurani-kərimin hər növ təhrifdən – istər artırılmaqdan, istərsə də ixtisara salınmaqdan amanda qalmasına qəti tarixi dəlillər mövcuddur. Bundan əlavə, onun möcüzəli nəzminin pozulmasına səbəb olacaq ixtisar möcüzə olmaq dəlili vasitəsilə inkar olunur və bir ayənin, yaxud müstəqil surənin Qurandan ixtisara salınması kimi işdən də amanda olmasını dərk etmək olar. Yəni mövcud Quranın bütövlükdə Allah kəlamı olması, ona heç bir şey artırılmaması sübuta yetdikdən sonra onun ayələrinin məzmunu ən möhkəm nəqli dəlil ünvanı ilə höccət olur. Quran ayələrindən əldə olunan mətləblərdən biri də budur ki, Mütəal Allah bu kitabın hər növ təhrifdən amanda qalmasına zəmanət vermişdir. Halbuki, digər səmavi kitabların qorunub saxlanılması insanların öhdəsinə verilmişdi.2
Bu məsələ “Hicr” surəsinin 9-cu ayəsində belə buyurulur:
Dostları ilə paylaş: |