Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə170/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   166   167   168   169   170   171   172   173   ...   289

OTUZ DÖRDÜNCÜ DƏRS

İSLAM DİNİNİN ƏBƏDİ DÜNYA SƏVİYYƏLİ OLMASI

Müqəddimə

İslam dininin dünya səviyyəli bir din olması

İslamın dünya dini olmasına Quran dəlilləri

İslamın əbədi olması

Bir neçə şübhənin cavabı


MÜQƏDDİMƏ


Məlum olduğu kimi, bütün peyğəmbərlərə iman gətirib onların sözlərinin hamısını qəbul etmək islam dininin zəruri məsələlərindəndir.1 Peyğəmbərlərdən birinin, yaxud onların söz və hökmlərindən birinin inkar edilməsi ilahi-təşrii rübubiyyətin inkar olunması deməkdir. Bu, eynilə İblisin kafir olmasına oxşayır.

Buna əsasən Peyğəmbəri-Əkrəmin (s) risaləti sübut olunduqdan sonra o Həzrətin (s) özünə və ona nazil olan bütün ayələrə, Allah tərəfindən gətirdiyi hökm və qanunlara iman gətirmək zəruri və lazımlı məsələlərdəndir.

Amma hər bir peyğəmbərə və onun asimani kitabına iman gətirmək onun şəriətinə uyğun olaraq əməl etməyi tələb etmir. Belə ki, müsəlmanlar bütün ilahi peyğəmbərlərə və onlara nazil olmuş asimani kitablara iman gətirirlər. Lakin əvvəlki şəriətlərə əməl edə bilməzlər və bunu etməməlidirlər də. Əvvəldə qeyd olunduğu kimi, hər bir ümmətin vəzifəsi həmin ümmətin peyğəmbərinin göstərişlərinə əməl etməkdir. Deməli, bütün insanların İslam şəriətinə əməl etməsinin zərurəti o zaman sübut olur ki, islam Peyğəmbərinin (s) risaləti xüsusi bir qövmə (ərəblərə) məxsus olmasın, həmçinin o Həzrətdən (s) sonra onun şəriətini qüvvədən sala biləcək bir peyğəmbər də məbus olmasın. Başqa sözlə desək, İslam dünya səviyyəli və əbədi bir din olmalıdır.

Buna görə də biz Peyğəmbəri-Əkrəmin (s) dininin dünya səviyyəli və əbədimi, yoxsa müəyyən bir zaman və ya qövm ilə məhdudlaşmasını araşdırmalıyıq.

Aydındır ki, belə bir məsələni sırf əqli yolla araşdırmaq olmaz. Əksinə bu məsələdə nəqli elmlər və tarixi tədqiqat üslubundan bəhrələnmək, yəni mötəbər sənədlərə və mənbələrə müraciət etmək lazımdır.

Bir kəs üçün Qurani-kərimin haqq olması, Peyğəmbərin (s) nübüvvəti, isməti və haqq olması sabit olsa, onun üçün Allahın kitabı və Peyğəmbərin sünnəsindən də mötəbər bir mənbə ola bilməz.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin