Ајәтуллаһ Мисбаһ Јәзди


İSLAMIN DÜNYA SƏVİYYƏLİ BİR DİN OLMASI



Yüklə 2,8 Mb.
səhifə171/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   167   168   169   170   171   172   173   174   ...   289

İSLAMIN DÜNYA SƏVİYYƏLİ BİR DİN OLMASI


İslamın dünya səviyyəli bir din olması, onun hansısa bir xüsusi qövmə, yaxud məntəqəyə aid olmaması bu ilahi dinin zəruri məsələlərindəndir. Hətta ona iman gətirməyən şəxslər belə islami çağırışın ümumdünya səviyyəsində olmasını, xüsusi coğrafi məntəqə ilə məhdudlaşmamasını bilirlər.

Bundan əlavə, mövcud olan çoxlu tarixi faktlara əsasən Peyğəmbər (s) Roma, İran, Misir, Həbəşistan və Şam padşahlarına, eləcə də müxtəlif ərəb və digər qəbilə başçılarına məktublar yazmış, onlara qasid göndərmiş, hamısını bu müqəddəs dini qəbul etməyə çağırmış və islamı qəbul etmək qarşısında təkəbbür göstərib, küfr etməyin acınacaqlı nəticələri barədə onlara xəbərdarlıq etmişdir.1 Əgər İslam dini dünya səviyyəli olmasaydı, heç vaxt belə bir ümumi dəvət baş verməzdi. Başqa qövmlər və ümmətlər də bunu qəbul etməməkdə müəyyən bəhanələr gətirərdi.

Buna görə də, İslamın haqq olmasına iman gətirməklə bu ilahi şəriətə əməl etməyin zərurəti arasında ayrılıq salmaq və boyunlarında vəzifə borcu olduğuna görə bu ilahi ayinə əməl edən kəsləri istisna etmək olmaz.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin