QURANIN İSLAMIN ÜMUMDÜNYA DİNİ OLMASINA DAİR DƏLİLLƏRİ
Bu cür mətləblərin isbat olunmasında ən mötəbər və ən yaxşı dəlil Qurani-kərimin özüdür ki, onun haqq olması və etibarlılıq dərəcəsi əvvəlki dərslərdə aydın oldu. Bu ilahi kitaba dərindən nəzər salan şəxs onun dəvətinin ümumi və dünya səviyyəsində olmasını, hansısa firqə və ya tayfaya məxsus olmadığını anlayar. Quran özünün çoxlu ayələrində bütün insanlara “ya əyyuhənnas», yəni “ey insanlar”2 , yaxud “Ey bəni Adəm”, yəni “ey Adəm övladları”3 deyə xitab edir, öz hidayətinin bütün insanlara4və bütün aləmlərə5 şamil olduğunu buyurur. Həmçinin, Quran ayələri Peyğəmbərin (s) risalətinin bütün insanlara aid olduğunu bildirmişdir.6 Bir ayədə isə bu dəvətin onun barəsində agahlığı olan hər kəsə şamil olduğunu təkid edir (“Ənam”-19). Digər tərəfdən digər dinlərin ardıcıllarına “əhli-kitab” - deyə xitab edir, və onlara tənə vurur.7 Peyğəmbəri-Əkrəmin (s) risalətinin onlara da aid olduğunu bildirir. Ümumiyyətlə, Qurani-kərimin Peyğəmbərə (s) nazil olmasında əsas hədəf İslamın digər dinləri qüvvədən salması hesab olunmuşdur.8
Bu ayələrə diqqət yetirməklə Qurani-kərimin dəvətinin hamıya aid olmasında və müqəddəs İslam dininin dünya səviyyəsində bir din olmasında şübhəyə yer qalmır.