Ајәтуллаһ Мисбаһ Јәзди


İSLAMIN ƏBƏDİ BİR DİN OLMASI



Yüklə 2,8 Mb.
səhifə173/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   169   170   171   172   173   174   175   176   ...   289

İSLAMIN ƏBƏDİ BİR DİN OLMASI


Yuxarıdakı ayələrdə qeyd olunan ümumi sözlərdən (“ey bəni Adəm”, “ey insanlar”, “ey aləmdəkilər” kimi) istifadə etməklə və qeyri-ərəb qövmlərinə və başqa din ardıcıllarına “kitab əhli” deyə xitab etməklə İslam dininin ümumi və dünya səviyyəli bir din olması sübuta yetir. Həmçinin zaman cəhətindən qeyd vurulmaması ayələrin müəyyən zamana aid edilməsi onun məhdud zamandan ötrü olmasını inkar edir. Xüsusilə “liyuzhirəhu ələddini kullih” (“onu bütün dinlərə qalib etsin deyə»1) ayəsi heç bir şübhəyə yer qoymur. “Fussilət” surəsinin 42-ci ayəsində buyurulur:

«Həqiqətən, o, əziz, çox dəyərli, qiymətli bir kitabdır. Nə öncə, nə də sonra batil ona yol tapa bilər. O, həkim (hikmət sahibi) və həmid (şükrə, tərifə layiq olan) Allah tərəfindən nazil edilmişdir.»

Bu ayə göstərir ki, Qurani-kərim heç vaxt özünün düzgünlük və etibarını əldən verməyəcəkdir. Rəsuli-Əkrəmin (s) sonuncu peyğəmbər olması dəlilləri də (bu məsələ sonrakı dərsdə araşdırılacaqdır) bu ilahi dinin digər bir peyğəmbər və şəriət vasitəsilə qüvvədən düşməsinin mümkünlüyü ilə əlaqədar yaranan şübhəni aradan qaldırır. Deyilən məzmunda da çoxlu rəvayətlər nəql olunmuşdur. O cümlədən:

Həzrət Məhəmmədin (s) halal buyurduğu qiyamət gününə qədər halal, haram buyurduğu isə qiyamət gününə qədər haramdır.»2

İslamın əbədi olması onun dünyəvi bir din olmasını zəruri edən ilahi məsələlərdəndir və bu barədə əlavə dəlillər gətirməyə ehtiyac duyulmur.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin