SUALLAR
1.Quranın hansı ayəsi imamın təyin olunması ilə əlaqədardır? Onun nəyə dəlalət etdiyini bəyan edin.
2.Əlinin (ə) imamət məqamına seçilməsi hadisəsini bəyan edin.
3. Peyğəmbəri-Əkrəm (s) həzrət Əlinin (ə) imamətini elan etməyi niyə təxirə salırdı? Necə oldu ki, bu işi yerinə yetirdi?
4.Hansı rəvayət digər imamların imamətinə dəlalət edir?
5.Əhli-beytin (ə) imamətinə dəlalət edən başqa rəvayətləri bəyan edin.
OTUZ DOQQUZUNCU DƏRS İMAMIN İSMƏTİ VƏ ELMİ
–Müqəddimə
–İmamın isməti
–İmamın elmi
MÜQƏDDİMƏ
36-cı dərsdə qeyd olundu ki, şiələrlə sünnilərin imamət məsələsi ilə əlaqədar ixtilafları əsas etibarı ilə üç məsələ üzərindədir. Birincisi, imamın Allah tərəfindən təyin olunması, ikincisi, imamın ismət səciyyəsinə malik olması və üçüncüsü, Allah tərəfindən verilən elmə malik olması. 37-ci dərsdə bu üç məsələnin hər birini əqli bəyanla isbat etdik, 38-ci dərsdə imamların Mütəal Allah tərəfindən təyin olunması ilə əlaqədar nəqli dəlillərdən bir neçəsini qeyd etdik. Bu dərsdə isə imamların ismət və Allah tərəfindən verilən elmə malik olmalarını araşdırırıq.
Dostları ilə paylaş: |