Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə191/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   187   188   189   190   191   192   193   194   ...   289

İLAHİ VƏDƏ


Mütəal Allah Qurani-kərimdə buyurur:

«Şübhəsiz, Biz kitabdan sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin varis olacağını yazmışdıq.»3

Başqa bir ayədə bu ayənin məzmununun oxşarı həzrət Musadan (ə) nəql olunur.4 Şübhəsiz, bu vədə nə vaxtsa mütləq gerçəkləşəcəkdir.

Başqa bir ayədə insanları məzlumiyyətə düçar edən Firon barədə söhbət etdikdən sonra buyurulur:

«Biz iradə etmişik ki, yer üzündə zəif düşüb əzilənlərə mərhəmət göstərək və onları imamlar və varislər qərar verək.»1

Bu ayənin Bəni-İsrail qövmünün Fironun zülmkar caynağından xilas olduqdan sonra qüdrətə çatmaları ilə əlaqədar nazil olmasına baxmayaraq (indiki zaman formasında gələn və davamiyyəti göstərən-müt.) “nuridu» ifadəsi Allahın davamlı bir iradəsini göstərdiyindən çoxlu rəvayətlərdə həzrət Məhdinin (ə) zühuruna aid edilmişdir.2

Başqa bir ayədə ümummüsəlmanlara xitab edilərək buyurulur:

«Allah sizlərdən iman gətirib saleh əməl və layiqli işlər görənlərə vədə vermişdir ki, onlardan əvvəlkiləri yer üzündə xəlifələr qərar verdiyi kimi, onları da yer üzündə xəlifə qərar verəcək. Onlar üçün razı olduğu dinə qüdrət verəcək, onların qorxularını əmin amanlığa çevirəcək. Onlar Mənə ibadət edər, Mənə heç bir şeyi şərik qoşmaz. Hər kəs bundan sonra kafir olsa, məhz onlar fasiqdirlər.»3

Rəvayətlərdə qeyd olunur ki, bu vədə həzrət Məhdinin (ə) dövründə kamil şəkildə həyata keçəcək.4

Həmçinin bir neçə ayənin o həzrətin dövranı ilə tətbiq olunmasına dair çoxlu rəvayətlər də vardır ki, ixtisara riayət olunsun deyə onları qeyd etmirik.5


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin