QIRX BİRİNCİ DƏRS MƏADŞÜNASLIĞIN ƏHƏMİYYƏTİ
–Müqəddimə
–Məada etiqadın əhəmiyyəti
–Quranın məad məsələsinə yetirdiyi diqqət
–Nəticə
MÜQƏDDİMƏ
Kitabın əvvəlində din və onun etiqadi bünövrələri (tövhid, nübüvvət, məad) barəsində tədqiqat aparmağın əhəmiyyətini qeyd edərək dedik ki, həyatın insani yönə malik olması məhz bu kimi məsələlərin düzgün şəkildə həll edilməsinə bağlıdır. Birinci bölmədə Allahşünasılıq, ikinci bölmədə yol və yolgöstərən (nübüvvət və imamət) məsələsi araşdırıldı. İndi isə məad bəhsinin ən mühüm bölməsi olan məadşünaslığı araşdırırıq.
Əvvəlcə bu etiqadi prinsipin xüsusiyyətləri, eləcə də onun insanın ictimai-fərdi rəftar və davranışlarındakı xüsusi təsirini araşdıracaq, sonra məad barəsində düzgün və səhih təsəvvürə malik olmağın əbədi və hiss olunmayan (mücərrəd) ruhun varlığını qəbul etməklə nə dərəcədə şərtləndiyini qeyd edəcəyik. Yeganə Allaha etiqad bəsləmədən varlığın tanınması naqis olduğu kimi, əbədi ruha etiqad bəsələmədən də insanı tanımaq natamam olacaqdır. Bu kitabın yazılma qaydasına münasib olaraq məadın əsas məsələləri aşağıda araşdırılacaqdır.
Dostları ilə paylaş: |