MƏADA OXŞAR HADİSƏLƏR
a) Bitkilərin cücərməsi:
İnsanın öldükdən sonra bir daha dirilməsi “ölümdən sonrakı həyat” olduğundan yer üzərində bitkilərin solaraq quruyub aradan getdikdən sonra bir daha cücərməsinə bənzəyir. Buna görə də insanlar öz gözləri qarşısında həmişə baş verən bu hadisəyə dərindən diqqət yetirdikdə və bu barədə yaxşı təfəkkür etdikdə ölümdən sonra həyatın mümkün olmasını başa düşə bilərlər. Həqiqətdə, bu hadisənin sadə nəzərə çarpmasının və onun əhəmiyyətindən qafil olmasının səbəbi camaatın bu kimi hadisələrə adət etməsidir. Amma yeni həyatın yaranması baxımından insanın öldükdən sonra dirilməsi ilə heç bir fərqi yoxdur.
Qurani-kərim bu cür adət pərdələrini aradan götürmək üçün təkrarən camaatın diqqətini bu hadisəyə cəlb edir və insanların öldükdən sonra yenidən dirilməsini buna oxşadır. O cümlədən buyurur:5
«Sən Allahın rəhmət əsərlərinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Doğrudan da, O, ölüləri dirildəndir. O hər şeyə qadirdir.»6
Dostları ilə paylaş: |