Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə212/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   208   209   210   211   212   213   214   215   ...   289
b) Əshabi-Kəhfin yuxusu:

Qurani-kərim çoxlu ibrətamiz məsələləri əhatə edən Əshabi-kəhfin qəribə hadisəsini bəyan etdikdən sonra buyurur:

Beləliklə, camaatı onların (Əshabi-Kəhfin başına gələnlərə) beləcə tanış etdik ki, Allahın vədəsinin doğru olduğunu və qiyamətin gəlib çatacağında heç bir şəkk-şübhə olmadığını bilsinlər.»1

Şübhəsiz, bir neçə nəfərin 300 ildən artıq yatdıqdan sonra yenidən oyanması məsələsinə diqqət yetirmək insana məadın mümkünlüyünə işarə etməklə onun çox da qəbul ediləcək bir məsələ olmadığını çatdırır. Çünki hər bir yuxu ölümə oxşayır (“yuxu ölümün qardaşıdır”), hər bir oyanmaq da ölümdən sonrakı diriliyə bənzəyir. Adi yuxularda bədənin biokimyəvi prosesləri təbii olaraq davam edir və ruhun yenidən bədənə qayıtması insanda təəccüb oyatmır. Amma 300 il su və qida maddələrindən istifadə etmədən yatan bir bədən təbiətdə cərəyan edən quruluş və qanunlara əsasən ölməli, çürüməli və ruhun qayıtması üçün öz imkanını əldən verməli idi. Deməli, belə xariqüladə bir hadisə insanın diqqətini adi və təbii sistemlərdən kənarda yerləşən başqa bir aləmə yönəltməlidir. O, başa düşməlidir ki, ruhun bədənə qayıtması heç də həmişə adi, təbii şərait və səbəblərin mövcudluğu ilə şərtlənmir. Deməli, insanın yeni həyatı da, hətta, bu aləmdəki ölüm və həyat qanunlarının əksinə olsa belə, qeyri-mümkün olmayacaq və Allahın vədəsinə görə hökmən gerçəkləşəcəkdir.




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin