Ајәтуллаһ Мисбаһ Јәзди


ALLAHIN QÜDRƏTİ BARƏSİNDƏ ŞÜBHƏ



Yüklə 2,8 Mb.
səhifə217/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   213   214   215   216   217   218   219   220   ...   289

3. ALLAHIN QÜDRƏTİ BARƏSİNDƏ ŞÜBHƏ


Növbəti şübhə bundan ibarətdir ki, bir varlığın vücuda gəlməsi üçün onun imkan və qabiliyyətindən əlavə, bu işi görənin qüdrəti də şərtdir. Allahın da ölülərli diriltməyə qüdrətli olması haradan məlumdur?

Allahın sonsuz qüdrətini tanımayan şəxslər tərəfindən irəli çəkilən bu puç şübhənin cavabı budur ki, Allahın qüdrəti üçün heç bir hədd yoxdur. Allahın qüdrəti baş verməsi mümkün olan hər bir şeyə şamil olur. Belə ki, bütün bu sonsuz dünyanı da əzəmət və insanı heyrətə gətirən ecazkarlıqla ilə yanaşı yaratmışdır.



«Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı? Əlbəttə, O hər şeyə qadirdir.»1

Bundan əlavə, bir şeyin yenidən yaradılışı, heç də onun ilkin yaradılışından çətin deyildir və bu iş daha artıq qüdrət tələb etmir. Əksinə, demək olar ki, o daha asandır. Çünki bu zaman ruhun qaytarılmasından başqa bir iş görülmür.



«Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da yenidən dirildəcək Odur! Bu (iş) Onun üçün çox asandır.»2

«O halda bizi kim (yenidən dirildib həyata) qaytaracaqdır? De: İlk dəfə sizi yoxdan yaradan (Allah)! Onlar (istehza ilə) sənə başlarını bulayıb: Bu nə vaxt olacaqdır?-deyə soruşacaqlar. De: Bəlkə də, bu yaxın zamanda.»3



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin