Yerdə güclü zəlzələlər baş verər.1 Öz içində olanları çölə tökər.2 Onun hissələri bir-birindən ayrılıb pərakəndə vəziyyətə düşər.3 Dəryalar yarılar,4 dağlar hərəkətə gələr5 və bir-birinə çırpılaraq6 qum təpəsi kimi,7 didilmiş yun kimi,8 daha sonra dağılaraq fəzada pərakəndə vəziyyətə düşər. 9 Başlarını asimana dikən uca dağlar silsiləsindən ilğımdan başqa bir şey qalmaz.10
ASİMANIN VƏ ULDUZLARIN VƏZİYYƏTİ
Ay, eləcə də Günəşdən milyon dəfələrlə böyük olan əzəmətli ulduzlar sönər,1 onların hərəkətindəki qanunauyğunluqlar pozular.2 O cümlədən, ay və ulduzlar bir-birinə qovuşar,3 bu dünyanı möhkəm bir tavan kimi əhatə edən asiman çalxalanar4 və parçalanaraq bir-birindən ayrılar.5 Onun nizamı bir-birinə qarışar.6 Səma cisimləri əridilmiş filiz şəklinə düşər7 və dünyanın fəzası tüstü və buludla dolar.8