Qiyamət aləmində bütün həqiqətlər aşkar olar.4 İlahi hökumət və səltənət tam mənada zühur edər.5 Varlıqlar elə bir heybət və əzəmət görərlər ki, heç kəs ucadan bir söz danışmaq qüdrətinə malik olmaz.6 Və hər kəs öz taleyinin fikrində olar aqibətinin nə ilə qurtaracağı barədə fikirləşər. Hətta, bir ata-anadan olan övladlar, qohum-əqrəbalar və yaxın adamlar bir-birindən qaçar.7 Ümumiyyətlə, səbəblər və qohumluq əlaqələri bir-birindən ayrılar.8 Dünyəvi və şeytani meyarlar və mənafelər əsasında olan dostluqlar düşmənçiliyə çevrilər.9 Keçmiş günah əməllərindən yaranan təəssüf və peşmançılıq qəlbləri bürüyər.10