AXİRƏTDƏ NEMƏTİN ƏZABDAN AYRILMASI
Dünya həyatı ilə axirət həyatı arasındakı əsaslı fərqlərdən biri də budur ki, dünya həyatının xoşluqları həmişə əzab-əziyyətlə, zəhmətlə qarışıqdır, elə bir şəraitdə deyildir ki, camaatın bir qismi həmişə və hər cəhətdən nemətdə, şadlıqda, asayişdə olsunlar, digər dəstə isə həmişə əzabda və qəm-qüssədə. Dünya əhalisinin hamısı az-çox ləzzətlərdən, şadlıqlardan bəhrələnir, eləcə də müəyyən qədər əzab-əziyyətlərə və nigarançılıqlara düçar olurlar. Lakin axirət aləmi bir-birindən tamamilə ayrı olan iki hissədən – behişt və cəhənnəmdən ibarətdir. Onun bir hissəsində əzab-əziyyətdən, qorxu və qəm-qüssədən heç bir əsər-əlamət yoxdur, digər hissəsində isə insanı dərdə salan atəşdən, qəm-qüssədən başqa heç bir şey mövcud deyildir.
Qurani-kərimdə bu müqayisə qeyd edilmiş, axirət nemətlərinin, Allahın dərgahında qonşu olub Ona yaxın olmağın dünya nemətlərinə olan üstünlüyü dəfələrlə bəyan edilmiş,1 eləcə də axirət əzablarının bu dünyadakı əzab-əziyyətlərlə müqayisəolunmaz dərəcədə şiddətli olması xatırladılmışdır.2
Dostları ilə paylaş: |