«(Dünaya məftun olan şəxs dedi:) «Axirətin bərqərar olacağını güman etmirəm (əgər bərqərar olsa və) Pərvərdigarıma doğru qaytarılsam özümə bundan da yaxşı bir məskən taparam!»1
Başqa bir ayədə kafirlərin dilindən belə buyurulur:
«Qiyamətin qopacağını güman etmirəm. Doğrudan da əgər Rəbbimin hüzuruna qaytarılıb gətirilsəm, Onun dərgahında məni ən gözəl nemət (Cənnət) gözləyir» - deyər.»2
Belə şəxslər axirət aləmində də fəaliyyət göstərməklə çoxlu nemətlər kəsb etməyin mümkünlüyünü, ya da dünyada müxtəlif nemətlərdən bəhrələnmələrini Allahın onlar barəsində xüsusi mərhəmət göstərməsinin əlaməti kimi və buna əsasən də axirətdə də lütf və mərhəmətə nail olacaqlarını güman edirlər.
Deməli, əgər bir şəxs axirət aləminin dünyadan tamamilə ayrı və onunla heç bir əlaqəsi olmayan bir aləm olduğunu güman etsə, o, aləmin nemətlərinin bu dünyada gördüyü yaxşı əməllərə və o aləmin əzablarının əsaslandığını inkar etsə, onda bu şəxs bütün səmavi dinlərin etiqad prinsiplərindən biri olan məada iman gətirməmişdir. Çünki bu prinsipin əsası axirətin mükafat və cəzalarını dünyəvi əməllərin nəticəsinə bağlı olması üzərindədir. Buna görə də dünya aləmi axirət üçün bazar, ticarət yeri, yaxud əkin sahəsi adlandırılmışdır ki, insan bu dünyada göstərdiyi fəaliyyətlərin, işlərin və əməllərin əvəzini orada almalıdır.1 Məad və Quran ayələri və Məada bağlı olan məsələlər də məhz bunu bəyan edir və əlavə izaha etiyac duyulmur.
Dostları ilə paylaş: |