BU BARDƏ OLAN QURAN AYƏLƏRİ
Quran insanın əbədi səadətində imanın əsaslı və mühüm rolunu xatırlatmış, yüzlərlə ayədə imanın ardınca saleh əməli qeyd etmişdir. Bundan əlavə, bir neçə ayədə də imanı yaxşı əməlin axirət səadətinə mühüm təsir göstərdiyini bildirir:
«Mömin olan halda yaxşı əməl görən hər bir mömin kişi və qadın behiştə daxil olacaqdır.»1
Digər tərəfdən isə, kafirlər üçün cəhənnəm və əbədi əzab nəzərdə tutmuş, onların (yaxşı) əməllərini puç və səmərəsiz hesab edir:
«Rəbbini inkar edənlərin (dünyadakı yaxşı) əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar (dünyada) etdikləri əməllərdən heç bir fayda (savab) əldə edə bilməzlər. Budur (haqq yoldan) azıb uzaqlaşmaq.»2
Başqa bir ayədə buyurulur ki, kafirlərin əməllərini havada toz kimi pərakəndə edərik:
Dostları ilə paylaş: |