«Onların etdikləri hər hansı bir (yaxşı) əməli Biz qəsdən (havada uçan) dağınıq zərrərlərə (toz dənələrinə) döndərərik!»3
Başqa bir ayədə onların əməlini ilğıma bənzədir:
«Kafirlərin əməlləri düzəngah yerdə olan ilğıma bənzəyir ki, susuz adam onun su olduğunu təsəvvür edir, amma onun yanına gəlib çatdıqda heç bir şey tapa bilməz. O öz əməlinin yanında ancaq Allah cəzasını tapar. (Allah da) onun cəzasını (layiqincə) verər. Allah tezliklə haqq-hesab çəkəndir.»4
«Yaxud dərin dəryalardakı zülmət kimidir. Onu bir dalğa, onun üzərindən də başqa bir dalğa, onun da üzərində bulud – zülmət üstündən zülmət örtər. Əlini çıxartdığı zaman hardasa onu görməz. Allah hər kəsə nur bəxş etməsə, onun nuru olmaz.»5
Digər ayələrdə buyurulur ki, dünyaya məftun olanların işlərinin nəticəsi onlara elə bu dünyada veriləcək, axirətdə isə heç bir bəhrələri olmayacaqdır:
«Dünya həyatı və onun zinətlərini istəyən şəxslərin paylarını onlara verərik və ondan heç bir şey azaldılmaz. Axirətdə isə atəşdən başqa heç nələri olmaz. Dünyada gördükləri işlər və puç əməllər də zay olar.»6
Dostları ilə paylaş: |