Ајәтуллаһ Мисбаһ Јәзди


ƏMƏLİN İMANLA OLAN ƏLAQƏSİ



Yüklə 2,8 Mb.
səhifə267/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   263   264   265   266   267   268   269   270   ...   289

ƏMƏLİN İMANLA OLAN ƏLAQƏSİ


Hər hansı bir əməl ya imanla uyğundur, ya da uyğun deyil. Birinci halda imanı gücləndirərək qəlbə nuranilik bəxş edir. İkinci halda isə imanının zəifləməsinə və qəlbin zülmətə düşməsinə səbəb olur. Deməli, mömin şəxsdə baş verən saleh əməllər onun imanından qaynaqlanmaqdan əlavə, imanın qüvvət və sabitliyini də artırır, daha artıq yaxşı işlər görməsinə şərait yaradır. Yaxşı əməlin imanın kamal həddinə çatmasındakı rolunu aşağıdakı ayədən başa düşmək olar:

Pak söz (və etiqad) Allaha doğru yüksələr və pak sözü də saleh əməl qaldırar.”1

Bir çox ayələrdə də yaxşı əməl sahiblərinin iman, nur və hidayətlərinin artmasından söhbət açılır.2

Digər tərəfdən, imana müxalif olan məqsədlər qarşıya çıxarsa və yaramaz işlər görülərsə, eyni zamanda, şəxsin imanı da onların qarşısını ala biləcək səviyyədə olmazsa, onun imanı zəifləməyə doğru gedər, günahın təkrarlanması üçün zəminə yaranar. Bu minvalla davam edərsə şəxsin daha böyük günahlara düşməsinə və onların təkrarlanmasına səbəb olar və nəhayət, iman aradan getmək və (nəuzubillah) küfrə və nifaqa (münafiqliyə) çevrilmək təhlükəsi altına düşər.

Qurani-kərim işləri nifaqla nəticələnən şəxslər barəsində buyurur:

Allahla bağladıqları vədə xilaf çıxdıqları (ona əməl etməmələri) və yalan danışdıqlarına görə, Allah da onların qəlblərinə, Onunla görüşəcəkləri günə qədər nifaq saldı.”3

Başqa bir ayədə buyurulur:

Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!”4

Bundan əlavə də, bir çox ayələrdə günahkarların küfr, zülm və qəsvətlərinin (daşürəkliliklərinin) artma məsələsindən söhbət açılır.5

NƏTİCƏ


İmanla əməlin qarşılıqlı əlaqəsi, eləcə də onların insanın səadətində təsirinə diqqət yetirməklə xoşbəxt həyatı6 kökləri yeganə Allaha, və Onun peyğəmbərlərinə, mələklərə, qiyamətə və ilahi cəzaya elə iman gətirmək, gövdəsi isə iman tələbi olan şeylərə əməl etməkdən ibarət olan ağaca bənzətmək olar ki, heç bir vasitə olmadan göyərir. Onun budaqları və yarpaqları imandan qaynaqlanan yaxşı və layiqli əməllər, meyvəsi isə əbədi səadətdir. Təbiidir ki, əgər kökü olmazsa heç vaxt ağacın gövdəsi, budağı və yarpağı da olmaz, nəticədə meyvə də gətirməz.

Lakin kökün mövcud olması heç də həmişə ondan budaq və yarpağın cücərməsi xoşagələn meyvələr verməsi demək deyil. Əksinə, bəzən mühitin münasib olmaması və ya müxtəlif təbii fəlakətlər nəticəsində qol-budaq açmır. Nəticədə nəinki xoşagələn meyvələr vermir, hətta qurumaqla nəticələnir.

Bu da mümkündür ki, ağacın budağına, gövdəsinə, hətta, kökünə peyvənd vurmaqla başqa bir ağaca dönsün. Bu da imanın küfrə (mürtədliyə) çevrilməsinə bənzəyir.

Bir sözlə, qeyd olunan işlərə iman gətirmək insanın səadəti üçün əsas amildir. Lakin bu amilin kamil təsir qoymasının şərti budur ki, saleh əməl və bəlaları dəf etmək, ziyanları aradan aparmaq və günahlardan çəkinməklə lazım olan məqsədə doğru addım atılsın.

Vacib əməlləri tərk etmək və haram işlərə qurşanmaq iman ağacının kökünü zəiflədir, bəzən onun tamamilə quruması ilə nəticələnir. Eləcə də düzgün olmayan əqidələrlə peyvənd vurmaq onun mahiyyətinin dəyişməsinə səbəb olur.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin