Ајәтуллаһ Мисбаһ Јәзди


KİÇİK GÜNAHLARIN BAĞIŞLANMASI



Yüklə 2,8 Mb.
səhifə278/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   274   275   276   277   278   279   280   281   ...   289

KİÇİK GÜNAHLARIN BAĞIŞLANMASI


Digər bir imtiyaz budur ki, əgər möminlər böyük günahlardan çəkinərlərsə, mehriban Allah onların kiçik günahlarını bağışlayır və onların göstərdiyi təsiri aradan aparır. Belə ki, “Nisa” surəsinin 31-ci ayəsində buyurulur:

«Əgər böyük günahlardan çəkinsəniz, kiçik günahlarınızı bağışlayıb sizi bəyənilən bir məqama daxil edərik.»

Aydındır ki, belə şəxslərin kiçik günahlarının bağışlanma şərti tövbə deyildir. Çünki tövbə böyük günahların da bağışlanmasına səbəb olur.


BAŞQALARININ ƏMƏLLƏRİNDƏN İSTİFADƏ ETMƏK


Möminlərin imtiyazlarından digər biri budur ki, Mütəal Allah mələklərin və seçilmiş bəndələrin onlar haqqında etdikləri istiğfarını,1 eləcə də digər möminlərin onlar üçün etdiyi dua və istiğfarları qəbul edir. Hətta başqalarının mömin şəxs üçün hədiyyə etdiyi əməllərin savabını belə, ona çatdırır.

Bu məsələ çoxlu ayə və hədislərdə bəyan olunmuşdur. Lakin bu mövzu şəfaət məsələsi ilə birbaşa əlaqədar və onun barəsində nisbətən ətraflı söhbət açılmalı olduğundan biz həmin qeyd olunanlarla kifayətlənirik.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin