ŞƏFAƏT MƏFHUMU
“Cüt” mənasını ifadə edən və “şəf” kökündən alınan şəfaət camaat arasında bu mənada işlənir ki, alicənab və böyük şəxsiyyətli insan daha böyük şəxsdən bir kəsin günahından güzəştə gedilməsini, yaxud xidmətçilik haqqının artırılması üçün vasitəçilik etsin. Bəlkə də şəfaət kəlməsinin bu kimi hallarda işlənməsində əsas məsələ budur ki, günahkar şəxs təklikdə bağışlanmağa, yaxud xidmətçi təklikdə əmək haqqını artırılmasına layiq deyildir. Lakin şəfaətçinin istəyinin də ona əlavə edilməsi ilə belə bir haqqa layiq olur.
Bir çox hallarda şəfaət edənin vasitəçiliyini qəbul edən şəxs qorxur ki, əgər qəbul etməzsə şəfaət edən şəxs inciyər və onun inciməsi də onunla ünsiyyətdə olmaq və xidmət etmək ləzzətindən məhrum olmağa, yaxud, hətta şəfaətçi tərəfindən zərərə düşməyə səbəb olar. Aləmlərin Yaradınını insani xüsusiyyətlərlə, o cümlədən qəlb dostuna, həyat yoldaşına və köməkçiyə ehtiyaclı olmaq, şəriklərdən qorxmaq kimi sifətlərə malik olmasını təsəvvür edən müşriklər böyük Allahın diqqətini cəlb etmək, yaxud Onun qəzəbindən amanda qalmaq üçün xəyali məbudlara sığınır, mələklərə, cinlərə pərəstiş edir, bütlərin qarşısında əyilir və deyirdilər:
Dostları ilə paylaş: |