«Bizim üçün heç bir şəfaət edən yoxdur.»
“Müddəssir” surəsinin 40-48-ci ayələrində qeyd olunur ki, günahkarların cəhənnəmə getmələrinin səbəbi barəsində soruşulur, onlar da cavabında namazı tərk etmək, kasıblara infaq etməmək, qiyamət gününü təkzib etmək kimi xislətləri sadalayırlar. Sonra buyurulur:
«Şəfaət edənlərin şəfaəti onlara fayda verməz.»
Bu ayələrdən məlum olur ki, Allaha ibadət etməyən, möhtac bəndələrə kömək əlini uzatmayan, düzgün əqidə sahibi olmayan müşriklər və qiyaməti inkar edənlər heç vaxt şəfaətə layiq görülməyəcəklər. Bunu da nəzərə almaq lazımdır ki, Peyğəmbəri-Əkrəmin (s) dünyada istiğfar etməsi də bir növ şəfaət sayılır. Bir kimsə o Həzrətin (s), onun üçün istiğfar etmək və şəfaətçi olmaq üçün vasitəçi olmasına razı olmazsa, o Həzrətin (s) belə şəxs barəsindəki istiğfarı qəbul olunmur.1 Məlum olur ki, şəfaəti inkar edən şəxs də şəfaətə layiq görülmür. Bu bəzi hədislərdən də aydın olur.2
Bir sözlə, mütləq və əsl şəfaətçi Allah tərəfindən icazəli olmaqdan əlavə, özü də günah əhli olmamalı, həmçinin, başqalarının itaət və üsyankarlıq mərtəbələrini dəyərləndirmə qüdrətinə malik olmalıdır. Belə şəxslərin ardıcılları onun sayəsində şəfaətin ən kiçik mərtəbələrinə nail ola bilərlər. Belə ki, belə ardıcıllar şəhidlərin və siddiqlərin cərgəsində məhşur olacaqlar.3 Digər tərəfdən, yalnız o kəslərin şəfaətə çatmaq ləyaqətləri vardır ki, Allahın iznindən əlavə, Allaha, peyğəmbərlərə, qiyamət gününə, Allahın peyğəmbərlərinə nazil etdiyinə, o cümlədən, şəfaətin haqq olmasına iman gətirsin və bu imanı ömrünün axırana qədər qoruyub saxlamış olsun.
Dostları ilə paylaş: |