SUALLAR
1.Şəfaətin mənasını onun işləndiyi yerləri qeyd edin.
2.Səhih şəfaətlə şirkə qarışıq şəfaətin fərqini bəyan edin.
3.Şəfaətverənin şərtlərini izah edin.
4.Şəfaət olunan şəxsin şərtlərini bəyan edin.
BİR NEÇƏ ŞÜBHƏNİN CAVABI
–Şəfaəti inkar edən ayələrin araşdırılması
–Mütəal Allah şəfaət edənlərin təsiri altına düşməz
–Şəfaət edənlər heç də Allahdan mehriban deyillər
–Şəfaətin ilahi ədalətlə ziddiyyəti yoxdur
–Şəfaət ilahi qayda-qanunların dəyişilməsinə səbəb olmur
–Şəfaət vədəsi camaatın cürətlənməsinə səbəb olmaz
–Şəfaətə layiqolma şərtlərini əldə etmək səadətə çatmaq yolunda çalışmaqdır
Şəfaət məsələsi ilə əlaqədar müəyyən iradlar və şübhələr irəli çəkilir ki, bu dərsdə onların ən mühümlərini cavabları ilə birlikdə bəyan edirik.
1.İlk şübhə bundan ibarətdir ki, Qurani-kərimin bir neçə ayəsi qiyamət günündə şəfaətin heç kəsin barəsində qəbul olunmamasına dəlalət edir. O cümlədən “Bəqərə” surəsinin 48-ci ayəsində buyurulur:
Dostları ilə paylaş: |