Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə40/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   36   37   38   39   40   41   42   43   ...   289

VARLIQ BƏXŞ EDƏN SƏBƏB


Qeyd olunan dəlildən əldə olunan ikinci nəticə budur ki, Vacibül-vücud mümkünlərin yaranış səbəbidir. İndi isə bu nəticənin zəruri olmasını araşdırırıq. Əvvəlcə səbəbin qismləri ilə bağlı bir qədər izahat verdikdən sonra ilahi səbəbiyyətin xüsusiyyətlərini bəyan edirik.

Səbəb özünün ümumi mənasında başqa bir şeyin bağlılıq tərəfi olan hər bir varlığa aid edilir, hətta şərtlərə və vasitələrə (müiddat) də səbəb deyilə bilər. Allah-taala üçün səbəb olmamasının mənası budur ki, başqa bir varlıqdan heç bir növ asılılığı yoxdur, hətta Onun üçün heç bir növ şərtiyyət və vasitəni də təsəvvür etmək olmaz.

Amma Allahın məxluqat üçün səbəb olmasına gəldikdə isə, bu, failin illiyyətinin xüsusi qismi olan varlıq bağışlamaq mənasınadır. Bu mətləbi izah etmək üçün səbəblərin qismlərini araşdırmalıyıq və onun müfəssəl izahı fəlsəfi kitablara həvalə olunur.

Bildiyimiz kimi, bitkinin cücərməsi üçün toxum, münasib torpaq, hava, su və s. kimi şeylərin olması zəruridir. Təbii bir amil, yaxud insan, toxumu torpağa səpməli və ona su verməlidir. Səbəb üçün qeyd olunan tərifə əsasən bunların hamısı bitkinin cücərməsinin səbəbləri hesab olunur.

Bu illətləri müxtəlif nəzərlərdən müəyyən qismlərə bölmək olar. Məsələn, varlıqları həmişə nəticəni vücudu üçün zəruri olan səbəblərə həqiqi səbəblər, qalmaqları nəticənin qalmağı üçün lazım olmayan digər səbəblər isə (bitki barəsində əkinçinin varlığı) vasitəli səbəblər, yaxud muiddatlar (vasitələr) adlandırılır. Eləcə də əvəz edilə bilən illətləri əvəzolunan səbəblər, başqa səbəbləri isə əvəzolunmaz səbəblər adlandırırlar.

Bir növ illət də vardır ki, bitkinin cücərməsi ilə əlaqədar deyilənlərin hamısı ilə fərqlənir və onun nümunəsini zehn və bəzi zehni varlıqlar barəsində mülahizə etmək olar. İnsan öz zehnində bir surəti yaradanda, yaxud hər hansı bir işi görməyi qərara alanda “zehni surət” deyilən ruhi və nəfsani iradə adlı bir varlıq gerçəkləşir ki, onun varlığı zehnin varlığına bağlı olduğuna görə də onun nəticəsi hesab olunur. Lakin bu növ nəticə elə bir şəkildədir ki, səbəbindən heç bir tərzdə ayrı və müstəqil, ondan ayrılıqda vücuda malik ola bilməz. Eyni halda, zehnin zehni surəti, yaxud iradə ilə əlaqədar failiyyəti müəyyən şərtlərə bağlıdır ki, onun nöqsanlı, məhdud və mümkünül-vücud olmasından irəli gəlir. Lakin varlıq aləmi üçün Vacibül-vücudun fail olması zehnin ruhi varlıqlarla əlaqədar olan failiyyətindən daha yüksək və daha kamildir və sair faillərin arasında oxşarı, misli yoxdur. Çünki O öz nəticəsinə heç bir ehtiyacı olmadan onu yaradır, o nəticənin də bütün varlığı Ona bağlıdır.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin