İLAHİ VƏ MADDİ (MATERİALİST) DÜNYAGÖRÜŞ
Qədim zamanlardan insanlar arasında indiyə qədər müxtəlif növ dünyagörüşlər mövcud olmuşdur. Bunların hamısını təbiətin fövqündə olan varlıqların qəbul edilib edilməməsindən asılı olaraq iki ümumi qismə ayırmaq olar: İlahi dünyagörüş və materialist dünyagörüş.
Maddi (materialist) dünyagörüş ardıcılları qədimdə təbiilər, dəhrilər, bəzən də zındıqlar və mülhidlər adlandırılırdı. Bizim dövrümüzdə isə maddilər və ya materialistlər adlandırılır.
Materializmin müxtəlif qismləri vardır. Onların ən məşhuru bizim əsrimizdə olan marksizm ideologiyasının fəlsəfə bölməsini təşkil edən dialektik materializmdir.
Bütün bunlardan aydın olur ki, “dünyagörüş” kəlməsi dini əqidələrdən daha geniş və ümumi bir məna kəsb edir. Çünki o həm ilahi, həm də materialist əqidələrə aid olur. “İdeologiya” kəlməsi də təkcə dini hökmlər məcmuəsinə məxsus deyildir.
Dostları ilə paylaş: |