Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə51/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   47   48   49   50   51   52   53   54   ...   289

ÜLUHİYYƏT


İlah”“üluhiyyət”in mənaları barədə nəzər sahibləri və mütəxəssislər arasında çoxlu mübahisələr baş vermişdir ki, bunlar da təfsir kitablarında qeydə alınmışdır. Bizim nəzərimizə görə, onun ən yaxşı mənası budur ki, “ilah” pərəstişedilmə, yaxud ibadət və itaətə layiqolma mənasınadır. Necə ki, onunla eyni vəzndə olan “kitab”ın mənası “yazmaq və yazmağa layiq olan bir şey”dir.

Bu mənaya uyğun olaraq üluhiyyət elə bir sifətdir ki, onun həqiqətini müəyyən etməkdən ötrü bəndələrin itaət və ibadətini də nəzərə almaq lazımdır. Baxmayaraq ki, yolunu azanlar batil və puç məbudları özlərinə ilah seçmişlər, amma itaət və ibadət olunmağa ləyaqəti olan Kəs məhz onların Xaliqi və Rəbbidir. Bu da hər bir şəxsin Mütəal Allah barəsində malik olduğu etiqadın meyarıdır. Yəni Allah-taalanı Vacibül-vücud, dünyanın ixtiyar sahibi, idarə edəni və yaradanı hesab etməkdən əlavə Onu ibadət və itaət olunmağa layiqli də bilməlidir. Ona görə də bu məfhum İslamın şüarı olan “La ilahə illəllah”da əxz edilmişdir.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin