TƏNQİDLƏR VƏ MÜLAHİZƏLƏR
Əvvəla, heç bir halda kəmiyyət keyfiyyətə çevrilmir. Uzağı budur ki, xüsusi bir fenomenin vücuda gəlməsi müəyyən bir kəmiyyətin yaranması ilə şərtlənsin. Məsələn, suyun temperaturu buxara çevrilmir, əksinə, suyun buxara çevrilməsi istiliyin müəyyən dərəcədə olması ilə şərtlənir.
İkincisi, lazım olan bu kəmiyyətin sabiq kəmiyyətlərin tədrici artımı nəticəsində hasil olmasının heç bir zərurəti yoxdur. Hətta əvvəlki kəmiyyətin azalması nəticəsində gerçəkləşməsi də mümkündür. Belə ki, buxarın suya çevrilməsi tumperaturun azalması ilə şərtlənir.
Üçüncüsü, keyfiyyət dəyişikliyi həmişə sıçrayışla deyildir. Hətta çox hallarda belə tədrici şəkildə hasil olur. Mumun və şüşənin tədriclə əriməsini buna misal göstərmək olar.
Deməli, təbii fenomenlərdən bəzilərinin vücuda gəlməsi üçün xas bir kəmiyyətin zəruriliyini qəbul etmək olar, nəinki kəmiyyətin keyfiyyətə çevrilməsini və ya kəmiyyətin tədrici artmasının zərurətini, yaxud da belə bir şərtin bütün növ və keyfiyyət əsasında olan dəyişikliklərin hamısı üçün ümumi olmasını. Deməli, “sıçrayış”, yaxud “kəmiyyətin keyfiyyətə keçməsi” adlı dünya səviyyəli ümumi bir qanun mövcud deyilidir.
Dostları ilə paylaş: |