Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə9/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   5   6   7   8   9   10   11   12   ...   289

BİR ŞÜBHƏNİN HƏLLİ


Bəziləri bəhanə gətirib deyə bilərlər ki, bir məsələni həll etmək üçün göstərilən səylər o zaman bəyənilər ki, insan onun həll yollarını tapmağa ümidvar olsun. Lakin biz din və onunla əlaqədar məsələlər barədə düşünməyin nəticə verəcəyinə o qədər də ümidvar deyilik. Buna görə də vaxt və qüvvəmizi nəticələrinə daha artıq ümidvar olduğumuz işlərə sərf etməyimiz daha ağlabatan işdir. Belə şəxslərə demək lazımdır ki: Əvvəla, dinin əsas məsələlərinin həll olunmasına ümid heç bir vəch ilə digər elmi məsələlərdən az deyildir və bildiyimiz kimi elmi məsələlərdən çoxunun həll olunması alimlərin apardıqları uzun fəaliyyətlər və səylərin nəticəsində müyəssər olmuşdur.

İkincisi, ehtimalın dəyəri yalnız ehtimalın miqdarına tabe deyil, əksinə ehtimal olunan şeyin də miqdarını nəzərə almaq lazımdır. Məsələn, bir işin fayda və qazancının ehtimalı beş faiz, başqa birininki isə on faiz olsa, lakin birinci işdə ehtimal verilən qazancın miqdarı min manat, ikinci işdə isə yüz manat olsa, birinci iş ikinci işdən beş mərtəbə yuxarıdadır. Halbuki onun miqdarının (beş faiz) ehtimalı ikinci işdə olan ehtimalın miqdarının (on faiz) yarısına bərabərdir.

Dinlə bağlı axtarış aparmaq barədə olan ehtimal mənfəəti sonsuz olduğundan ondan qəti nəticələr əldə etmək ehtimalı nə qədər zəif olsa da, o yolda çalışmağın dəyəri yenə də yetərli nəticəyə malik olmayan hər hansı bir işdə səy göstərib çalışmağın dəyərindən qat-qat artıqdır. Dinlə bağlı tədqiqatı tərk etmək əqlən o zaman üzrlü sayılır ki, insan dinin düzgün olmamasına, yaxud onun hər hansı məsələni həll etməyə qadir olmadığına tam əmin olsun. Amma, görəsən, belə bir inam haradan əldə oluna bilər?



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin