Ајәтуллаһ Мисбаһ Јәзди


BİR ŞÜBHƏNİN DƏF EDİLMƏSİ



Yüklə 2,8 Mb.
səhifə90/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   86   87   88   89   90   91   92   93   ...   289

BİR ŞÜBHƏNİN DƏF EDİLMƏSİ


Burada belə bir şübhə yarana bilər ki, əgər kamil tövhid insanın Allahdan başqa heç kəsdən kömək istəməməsini gərəkli edirsə, o zaman Allah övliyalarına təvəssül etmək də düz olmayacaq.

Cavab bundan ibarətdir ki, Allah övliyalarına təvəssül edən zaman onlardan müstəqil şəkildə və Allahın izni olmadan hər hansı bir işi görmələri təvəqqe olunarsa, belə təvəssülün tövhidlə əsla uyğunluğu yoxdur. Amma əgər Allahın onları Öz rəhmətinə çatmaq üçün bir vasitə qərar verdiyi və camaata da onlara təvəssül etməyi göstəriş verməsi ünvanı ilə olsa bunun tövhid ilə heç bir ziddiyyəti yoxdur, üstəlik ibadətdə və itaətdə tövhidin kamil nümunələrindən olacaqdır. Çünki bu işlər Onun əmri ilə baş verir.

Amma Allahın nə üçün belə vasitələri qərar verdiyinə, camaatı nə üçün onlara təvəssül etməyə əmr etməsinə gəldikdə isə cavab bundan ibarətdir ki, Allahın bu əmrinin müxtəlif hikmətləri vardır. O cümlədən aşağıdakıları qeyd etmək olar: Layiqli bəndələrin yüksək məqamının göstərilməsi, başqalarının belə bir məqama çatmağına səbəb olacaq qədər ibadət və itaətə təşviq edilməsi, bəzi şəxslərin öz ibadətlərindən qürurlanaraq özlərini insani kamalın ən yüksək məqamlarına nail olmasını güman etməsinin qarşısını almaq. Çox təəssüflər ki, bu kimi işlər Əhli-beytin (ə) vilayət nemətindən və onlara təvəssül etməkdən məhrum olan çoxlu şəxslərdə baş verir.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin