Ајәтуллаһ Мисбаһ Јәзди


ELMİ QƏZA VƏ QƏDƏR VƏ EYNİ QƏZA VƏ QƏDƏR



Yüklə 2,8 Mb.
səhifə95/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   91   92   93   94   95   96   97   98   ...   289

ELMİ QƏZA VƏ QƏDƏR VƏ EYNİ QƏZA VƏ QƏDƏR


Bəzən ilahi təqdir və qəza Allah-taalanın hər hansı varlığın vücuda gəlməsi üçün lazım olan şəraitlər, səbəblər və müqəddimələrin yaranmasına, eləcə də, onların mütləq baş verməsinə olan elmi mənasında işlənir, buna “elmi qəza və qədər” deyilir. Bəzən isə hadisə və varlıqların tədrici seyrinin, onların əyani olaraq gerçəkləşməsinin Mütəal Allaha mənsub edilməsi mənasında işlənir və buna da “eyni qəza və qədər” deyilir.

Quran ayələri və rəvayətlərdən məlum olur ki, Allahın bütün varlıqlara olan elmi xaricdə əyani olaraq gerçəkləşdiyi kimi, şərif və yüksək məqamlı varlıq olan Lövhi-məfhuzda da inikas olunur; hər kəs Allahın izni ilə lövhi-məfhuzla əlaqə tapa bilsə keçmişdəki və gələcək hadisələrdən agah olar. Ondan aşağı mərtəbədə olan lövhlər vardır ki, hadisələr natamam və müəyyən şərtlərlə inikas olunur. Ondan məlumat əldə edə bilən şəxslər dəyişikliyə məruz qala bilən, müəyyən şərtləri olan məhdud məlumatlar qazanılar. Bəlkə də aşağıdakı ayə bu iki növ taledən söhbət açır:

Allah istədiyini məhv edir, istədiyini sabit, bərqərar edir və Ümmül-kitab Onun yanındadır.”1

Qeyri-labüd olan, başqa şeylərlə şərtlənən təqdirlərin dəyişilməsi rəvayətlərdə “bəda” adlandırılmışdır.

Hər bir halda elmi qəza və qədərə etiqad bəsləmək Allahın əzəli elminə etiqaddan başqa heç bir problem yaratmır. Əvvəlki dərsdə cəbrə inananların Allahın elmi ilə əlaqədar yaratdıqları şübhələr araşdırılaraq onların süstlüyü və əsassızlığı aydınlaşdırıldı.

Amma eyni qəza və qədərə, xüsusilə labüd taleyə etiqad bəsləmək daha çətin bir məsələ yaradır. Tövhidin müstəqil təsirqoyma barədə olan bəhsdə onun cavabı qısa şəkildə məlum olmasına baxmayaraq, bu məsələnin cavabları verilməlidir.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin