Ајәтуллаһ Мисбаһ Јәзди

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 4.71 Mb.
səhifə11/31
tarix21.10.2017
ölçüsü4.71 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

SUALLAR


1.Zati və fe’li sifətlərin qarşılıqlı əlaqəsini və onların bir-birinə necə qayıtmasını bəyan edin.

2.Hansı əsasa görə fe’li sifətlər zaman və məkan qeydləri ilə yanaşı olur?

3.Xaliqiyyətin məfhumunu şərh edin və onun xəlq və ibda ilə olan fərqini deyin.

4.Nə üçün “yaratmaq” üçün məxluqatın zatlarından ayrı olan eyni nümunələri nəzərə almaq olmaz?

5.Rübubiyyətin məfhumunu bəyan edin.

6.Rübubiyyətin qismlərini sadalayın.

7.Xaliqiyyətlə rübubiyyət arasındakı zərurəti bəyan edin.

8.Üluhiyyətin məfhumunu və onun xaliqiyyət və rübubiyyətlə olan zərurətini bəyan edin.


ON BİRİNCİ DƏRS

DİGƏR FE’Lİ SİFƏTLƏR

Müqəddimə

İradə

Hikmət

Kəlam

Sidq (doğruçuluq)


MÜQƏDDİMƏ


Kəlam elmində münaqişəli məsələlərdən biri də ilahi iradə məsələsidir. Bu barədə bir çox cəhətlərdən, məsələn, “iradə zati sifətdir, yoxsa fe’li sifət”, yaxud “qədimdir, ya yeni?”, “vahiddir, yoxsa çoxdur?” deyə ixtilaf və mübahisə yaranmışdır. Bütün bunlar fəlsəfədə iradə, xüsusilə ilahi iradə barədə aparılan bəhslərdən ayrıdır.

Aydındır ki, indiki mövzu barədə geniş bəhs bu kitaba sığmaz. Ona görə də əvvəlcə iradənin məfhumu haqqında şərh verir, daha sonra ilahi iradə ətrafında qısa söhbətə başlayırıq.


İRADƏ


Camaat arasında “iradə” kəlməsi iki mə’nada işlədilir: biri sevmək, digəri isə işi görmək üçün qərara gəlmək.

Birinci mə’nası işlənmə baxımından çox geniş yayılmışdır. Həm xarici əşyaları, həm şəxsin öz işlərini, həm də başqalarının işlərini sevməyə deyilir.1 Amma ikinci mə’nası yalnız şəxsin öz işlərilə bağlı işlədilir.

İnsan barəsində iradənin birinci mə’nasının (məhəbbət, istəmək) nəfsani səciyyələr və nəfsin zahiri xüsusiyyətlərindən olmasına baxmayaraq, əql onun nöqsanlı cəhətlərini təcrid etməklə cövhəri (əsli, mahiyyəti olan) varlıqlara, hətta Mütəal Allaha belə aid edilə bilən ümumi bir məfhum əldə edə bilər. Belə ki, elm barəsində də həmin işi görür. Buna görə də Allahın Öz Zatına nisbət verdiyi məhəbbətə aid edilən “hübb” kəlməsi zati sifətlərdən biri hesab olunur. Əgər “ilahi iradə” dedikdə məqsəd kamalı sevmək olsa (belə ki, ilk mərtəbədə sonsuz ilahi kamala aid olur. Sonrakı mərtəbələrdə digər varlıqların kamallarına aid edilir), məhz Onun kamalının əsərləri olduğuna görə bunu zati, qədim, vahid sifətlərdən və Müqəddəs Zatının eyni hesab etmək olar.

Amma bir işi görmək üçün qərara gəlmək mə’nasında olan iradə, şübhəsiz, fe’li sifətlərdəndir. Hadis (yeni) və yaranan işə aid olması baxımından zamanla şərtlənməyə qabildir. Buna Qur’anda da rast gəlmək olur.2 Lakin diqqət yetirmək lazımdır ki, Mütəal Allahın fe’li sifətlərlə vəsf olunmasının mə’nası Onun zatında dəyişikliyin hasil olması, yaxud Onda bir ərəzin (zahiri xüsusiyyətin) yaranması deyildir. Əksinə, mə’nası budur ki, Allahın zatı ilə məxluqatın arasında olan əlaqə və nisbət xüsusi nəzərdən və müəyyən şəraitlərdə mülahizə olunur. Buradan da fe’li sifətlərdən biri olan məfhumun meydana çıxmasına səbəb olur ki, məhdud və müqəyyəd (qeyd və şərti olan) şeyə aid edilmə baxımından müəyyən şərtlərə malik olacaqdır. Bu da “harada isə olmaq” və “çoxluq” ifadə edən əlaqəli bir məfhumdur. Çünki əlaqə iki tərəfə tabedir. Tərəflərdən birinin hadis və çoxluğu bu xüsusiyyətlərin əlaqəyə də sirayət etməsi üçün kifayətdir.


HİKMƏT


İlahi iradə haqqında qeyd olunan izahlara diqqət yetirməklə aydın olur ki, bu iradə bir şeyin icad olunmasına elə-belə, boş-boşuna aid olmur. Əksinə, əşyaların ilahi iradə əsasında yaranması onların kamal, xeyir və məsləhətinə əsaslanır. Maddiyyatın qarşılıqlı mübarizəsi onlardan bə’zilərinin digərinin vasitəsi ilə azalıb-artmasına səbəb olduğundan ilahi məhəbbətin kamalı tələb edir ki, onların məcmusu, onlara daha artıq xeyir və kamal çata biləcəyi şəkildə olsun. Bu kimi əlaqələrin müqayisə olunmasından məsləhət məfhumu əldə olunur. Halbuki məsləhət məxluqatın vücudundan ayrı bir iş deyildir, buna görə də o, nəinki ilahi iradəyə, hətta, onların yaranmasına da tə’sir qoya bilməz.

Bir sözlə, Allahın işləri Onun elm, qüdrət, kamal və xeyrə məhəbbət kimi zati sifətlərindən qaynaqlandığından həmişə məsləhətə malik olan bir şəkildə gerçəkləşir, yə’ni onlara ən çox kamal və xeyir çatır. Belə bir iradə hikmətli iradə adlandırılır. Buradan da Mütəal Allah üçün fe’l məqamında həkim adlı digər bir sifət də irəli gəlir ki, fe’li sifətlərdə olduğu kimi zati sifətlərə qayıtmağa qabildir.

Əlbəttə, diqqət yetirmək lazımdır ki, hər hansı bir işi məsləhətə görə yerinə yetirməyin mə’nası məsləhətin Mütəal Allah üçün əsas məqsəd olması deyildir; əksinə, o bir növ ikinci dərəcəli hədəf sayılır, əsl səbəb işlərin görülməsi üçün sonsuz zati kamala olan məhəbbətdir ki, onun nəticəsində bu, varlıqların kamalına da aid olur. Məhz buna görə də deyilir ki, Allahın fe’lləri üçün əsl (köklü) səbəb elə faillik səbəbidir və Mütəal Allah Öz zatına əlavə ola biləcək digər hədəf və məqsədə malik deyildir. Amma bu məqsədin varlıqların kamal, məsləhət və xeyrinin ikinci dərəcəli və əsas hədəf ünvanı kimi hesab olunması ilə ziddiyyət təşkil etmir. Bu mə’naya əsasən Qur’ani-kərimdə Allahın fe’lləri müəyyən işlərlə əlaqələndirilmişdir ki, onların da hamısı məxluqatın xeyir və kamalına qayıdır. Necə ki, işlərin ən yaxşısının seçilməsi, imtahan, Allaha bəndəçilik, Allahın əbədi və xüsusi rəhmətinə nail olmaq da insanın yaradılışı üçün müəyyən hədəflər kimi zikr olunmuşdur ki, onlardan hər biri digərinin müqəddiməsidir.1

ALLAHIN KƏLAMI


Allah-taalaya mənsub edilən məfhumlardan biri də danışmaqdır. Qədim zamanlardan e’tibarən mütəkəllimlər arasında Allahın kəlamı barəsində geniş təhqiqat aparılmış və bəhslər irəli sürülmüşdür. Hətta, kəlam elminin belə adlandırılmasının səbəblərindən biri də bu elmin ardıcıllarının ilahi kəlam barədə təhqiqat aparmalarıdır. Əş’ərilər onu zati, mö’təzililər isə fe’li sifət hesab etmişlər. Bu iki dəstədən olan mütəkəllimlərin arasındakı kəskin ixtilaflı məsələlərdən biri də Allahın kəlamı olan Qur’anın məxluqmu, yoxsa qeyri-məxluq olmasıdır. Hətta onlar bu məsələ ilə əlaqədar bir-birlərini kafir hesab edirdilər.

Zati və fe’li sifətlər barədə verilən izah və tə’riflərə diqqət yetirməklə asanlıqla anlamaq olar ki, danışmaq fe’li sifətlərdəndir və bunu müəyyən etmək üçün xitab olunan şəxsi nəzərə almaq lazımdır ki, səsi eşitmək, yazını görmək, zehnində bir məfhumu tapmaq, yaxud başqa bir şey vasitəsilə danışanın məqsədini başa düşsün. Əslində bu məfhum həqiqəti bir şəxs üçün aşkar etmək istəyən Allah ilə o həqiqəti dərk edən məxluq arasındakı əlaqədən irəli gəlir. Əgər danışıq üçün başqa bir mə’na nəzərə alınsa və misal üçün söz danışmağa qadir olmaq, yaxud sözün mə’nasından agah olmaq mə’nasına yozulsa, bu halda zati sifətlərə aid olur. (Bunun oxşarını fe’li sifətin digər qismləri barəsində demişdik.)

Amma Qur’ani-kərim yazılar, sözlər, zehnlərdə mövcud olan məfhumlar, nurani və mücərrəd həqiqət mə’nasında nəzərdə tutulsa, o zaman o, məxluqdur. Bir şəxs Allahın zati elmini Qur’an həqiqəti kimi qələmə versə, o halda o, zati sifət olan elmə qayıdacaqdır. Lakin Allah kəlamı, Qur’ani-kərim və s. barəsində bu cür yozumlar mövcud ürfdən kənardadır və bundan uzaq olmaq lazımdır.

SİDQ (DOĞRUÇULUQ)


Allahın sözləri əmr, nəhy və inşa surətində olsa, bəndələrin əməli vəzifələrini müəyyən etdiyi halda “doğru” və ya “yalan” kimi məfhumlar vasitəsilə ifadə olunmaz. Amma mövcud həqiqətlərdən, yaxud keçmişdə olmuş və ya gələcəkdə olacaq hadisələrdən xəbər vermək surətində olsa, doğruçluqula vəsf olunur. Belə ki, Qur’ani-kərim buyurur:

Danışmaq baxımından kim Allahdan daha doğruçu ola bilər?!”1

Bunları qəbul etməməkdə heç kəsin üzürlü bəhanəsi olmayacaqdır.

Bu sifət əsas e’tibarı ilə dünyagörüşün fər’i məsələlərinin, eləcə də ideoloji məsələlərdən çoxunun isbat olunması üçün digər bir istidlalın əsasını təşkil edir. Bu sifətin isbat olunması üçün gətirilə bilən əqli dəlillərdən biri budur ki, Allahın ilahi rübubiyyət işləri, insan və dünyanın idarə olunması barəsində danışması elm və hikmət əsasında olub, varlıqları hidayət etmək və dinləyicilər üçün düzgün mə’rifət vasitəsi hazırlamaq məqsədi ilədir. Əgər reallıqla müxalifət mümkün olsaydı onlara e’timad edilməz və bu da əsas məqsədi poza bilərdi ki, ilahi hikmətin əksinə olardı.




Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə