“Аға Беһҹәтин һәјатынын башланғыҹы


Ayətullah Qərəvinin müstəhəbb əməllərə xüsusi diqqəti



Yüklə 1,34 Mb.
səhifə5/26
tarix24.05.2018
ölçüsü1,34 Mb.
#51307
1   2   3   4   5   6   7   8   9   ...   26

Ayətullah Qərəvinin müstəhəbb əməllərə xüsusi diqqəti


Ayətullah Behcət buyurur: “Rəhmətlik Kompani həyatındakı problemlərə, təhsil və tədrislə bağlı elmi məşğuliyyətlərinə baxmayaraq əksər müstəhəbb əməllərə də xüsusi əhəmiyyət verər, hətta müsafirətdə olduğu müddətdə də bu əməlləri yerinə yetirməyə çalışardı. Onun həmişəki dualarından biri bu idi: “Allahdan istəyirəm ömrünün son anına qədər bu tofiqi məndən almasın. Mən dua və namazlardan mənəvi qida və ləzzət alıram.”

Ayətullah Behcət deyir: “Mən bəzən öz-özümə fikirləşirəm ki, necə ola bilər insan bir gün də olsun “Aşura ziyarətini” oxumağı yaddan çıxarmır və namazların nafiləsini, hətta “Cəfər Təyyar” namazını da qılır. İnsan müsafirətdə olduğu zaman necə olursa-olsun, bəzi şeyləri həmişəki kimi yerinə yetirə bilmir. Xüsusilə də yaşlı adamın bütün bu müstəhəbb əməlləri yerinə yetirməsi müşküldür. Amma bütün bunlara baxmayaraq Ayətullah Kompani bunları ömrünün sonuna qədər davam etdirərmiş. Beləliklə, namazda səcdəyə gedərkən ruhu əbədi aləmə qovuşmağı təəccüblü deyil”.2


Cənab Yəhya, doğrusunu bilmək istəsən...


Höccətül-islam Seyyid Məhəmməd Rza Meybudi ustadı Seyyid Yəhya müdərris Yəzdinin dilindən belə nəql edir:

1940-cı il ustadımız Ayətullah Ziyauddin Əraqinin vəfatına görə Nəcəf elmi hövzəsi üç gün tətil elan etdi. Bu böyük alimin xatirəsini yad etmək üçün əzadarlıq məclisləri quruldu. Bir-neçə gün keçəndən sonra Ayətullah Kompaninin evinə gedib, ondan tədrisə başlamasını xahiş etdik. Ayətullah Kompani buyurdu: “Ay Seyyid Yəhya, mən qərara almışdım ki, bu gün dərsə başlayım. Amma doğrusu, sübh namazından sonra Allah zikrilə məşğul idim. Yarı yuxulu-yarı oyaq halda Ayətullah Əraqini gördüm. Evin qapısında dayanıb dedi: Şeyx Məhəmməd Hüseyn! Hazırlaş, gələn cümə günü bizim yanımıza gələcəksən. Mən ömrümün son günlərini yaşadığımı yəqin edirəm.”

Belə də oldu. Həftənin son günü heç bir xəstəliyi olmadan o da dünyasını dəyişdi.

Bu haqda başqa maraqlı bir hadisəni də aşağıda qeyd edirik.

Ayətullah Seyyid Mustafa Səfayi Xonsari Seyyid Məhəmməd Haşimi Gülpayqaninin dilindən belə nəql edir: “Ayətullah Kompaninin vəfat etdiyi gecə atam (Seyyid Cəmaləddin Gülpayqani) məni çağırıb dedi: Oğlum, elə indi Ziyauddin Əraqi gəlib mənə dedi ki, Ayətullah Kompani bizim yanımıza gəlir.” Dedim: Seyyid Məhəmməd Hüseyn sap-sağlam adamdır. Mən onu bir neçə saat bundan əvvəl görmüşəm. Atam dedi: Oğlum! Ağa Ziyauddin indicə gəlib bu xəbəri mənə dedi. Sən get bu barədə sorğu-sual et. Mən Ayətullah Kompaninin halını soruşmağa getmək istəyərkən, birdən mərhumun evindən şivən səsi qalxdı. Tez onun evinə getdim. Doğrudan da Ayətullah Kompani vəfat etmişdi.

Mərhum Ayətullah Şirazinin nəvəsi Seyyid Rəzi Şirazi deyir: “Rəhmətlik Ayətullah Cəmal Gülpayqani şeyx Kompaninin dəfn mərasimində dedi: Dünən axşam vətr namazının qunutunu oxuyarkən Ayətullah Əraqinin Kompaninin qolundan tutub Ayətullah Mirzə Mehdi Kəfayigilə getdiyini gördüm. Qəribə burasıdır ki, Ayətullah Kəfayi də bir həftədən sonra vəfat etdi!1



Ayətullah Misbah Yəzdi ilə müsahibə


Allah övliyalarının həyat yolu bütün insanlar üçün gözəl nümunədir. Bu ilahi şəxsiyyətlərin həyat təcrübəsindən daha səmərəli istifadə etmək üçün onları daha yaxından tanımaq lazımdır. Bu ilahi övliyalar insanın hidayət olması üçün bir növ Allah tərəfindən əta olunan gözəl nemətlər sırasındadır. Dövrümüzün belə dəyərli şəxsiyyətlərindən biri də Ayətullah Behcətdir. O, başqalarına nümunə olacaq insanlardan biridir.

İlk tanışlıq


1953-cü ildə Qum şəhərinə gəldiyim vaxt Ayətullah Behcətlə tanış oldum. Bir il sonra Höccətiyyə mədrəsəsində oxuyurduq. Onun mənzili mədrəsənin yanındakı küçədə yerləşirdi. Demək olar ki, onunla hər gün yolda və hərəmdə rastlaşardıq. Nurani siması hər görənin diqqətini özünə cəlb edirdi. Gözəl xüsusiyyəti və rəftarı ilə həmişə başqalarından seçilir, bütün bunlar onun xüsusi mənəvi aləmdə yaşadığından xəbər verirdi. Başqalarının o qədər də əhəmiyyət vermədiyi incəliklərə o daha dəqiq yanaşardı. O cümlədən, həmişə sübh erkən durub Həzrət Məsumənin (ə) ziyarətnaməsini oxuyar və özü üçün proqramlaşdırdığı bir çox başqa müstəhəb ibadətləri heç vaxt tərk etməzdi. Bu dərin mənəvi əxlaqlı şəxs hər görəni valeh edərdi. Hidayət nuru sorağında olanlar üçün də gözəl nümunə idi. Onda olan bu ilahi cazibə məni də özünə cəzb etmişdi. Mən Ayətullah Behcətlə daha yaxından tanış olmaq niyyətilə onu tanıyanlardan sorğu-sual edirdim. Apardığım təhqiqat nəticəsində onun həm elmi və həm də mənəvi cəhətdən daha üstün olduğu mənim üçün aydınlaşdı.

Bir müddət keçəndən sonra ara-sıra onun mənzilinə gedib ibrətamiz nəsihətlərindən faydalanmaq üçün izn aldıq. Behcət o zamanlar çox kiçik bir mənzildə yaşayırdı. Pərdə ilə iki hissəyə bölünən otağın bir tərəfində biz, o biri tərəfində isə onun ailəsi olardı. O çox sadə, amma mənəviyyat və nuraniyyət dolu bir həyat yaşayardı. Biz onun elmindən bəhrələnmək istəyirdik. Çünki, rəhmətlik Ayətullah Bürucerdi Qum elmi hövzəsində tədris etməyə başladığı ilk vaxtlardan dərs dediyi tələbələr arasında ən fəal və hamıdan çox sual verən Behcət imiş. Adətən, xaric dərsi tədris edən alimlərin tələbələri arasında ustadın dediyi yeni bəhsləri daha yaxşı dərk etmək üçün sual verən iki-üç tələbə tapılır. Bu tələbələr keçilən yeni bəhslər haqqında olan sualları ustada verərək dəqiq cavab tapmağa çalışarlar.



Behcət o vaxtlar Ayətullah Bürucerdinin belə fəal tələbələrindən biri idi. Əvvəllər bizi onun daha çox ruhani və mənəvi əxlaqı özünə cəzb etmişdi. Amma zaman keçdikcə onun elm və fiqh baxımdan böyük alimlər sırasında olduğu bizim üçün aşkar oldu. Elə buna görə də elmindən bəhrə almaq və hər gün onun ruhi mənəvi aləmindən istifadə etmək istəyirdik. Bu səbəbdən də ondan bizə tədris etməsini xahiş etdik.

Ayətullah Behcətin hüzurunda


Ayətullah Behcət fiqh dərsinin təharət bölməsini bizə tədris etməyə başladı. Bir ilə yaxın Feyziyyə mədrəsəsinin hücrələrindən birində tədris etdi. Bu dərslərdə tələbələrdən bir neçəsi də iştirak edirdi. Sonralar bir-iki il də Xan mədrəsəsində tədris edən Behcət, fiziki cəhətdən zəiflədiyinə görə evdə dərs deyirdi. Təqribən, on beş il fiqhin “təharət” “məkasib” və digər bölmələrini ondan dərs aldıq. Onun dərslərindən aldığımız faydaları başqa dərslərdə ala bilmirdik. Mətləbləri bəyan edərkən əvvəl onu Şeyx Ənsarinin kitabından söyləyər, yeri gəldikdə başqalarından xüsusilə də “Cəvahir”dən, təharət bölümündə Hacı Rza Həmədanidən və digər alimlərin bu barədəki mühüm nəzərlərini də nəql edərdi. Sonra lazım gəldikdə, öz xüsusi nəzərini söyləyərdi. Ustadın bu metodu bizim eyni zamanda başqa nəzər sahiblərinin həmin mövzu haqqında olan fikirlərini öyrənməyə və vaxta qənaət etməyə kömək edirdi. Digər ustadların da tədrisdə özlərinə məxsus şivələri vardı. Hər hansı bir alimin nəzərini ayrı-ayılıqda bəyan etmək həm vaxtın tələf, həm də bəzi mətləblərin təkrar olmasına səbəb olurdu. Onun dərslərində qeydə aldığımız bəzi yaddaşları özü ustadlarından şifahi mənimsəmişdi. Bu yaddaşlar elmi baxımdan olduqca dəqiq və çox dəyərli idi.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin