Torpaq və bitki örtüyü
Afrikada torpaq və bitki örtüyünün yayılmasında enlik coğrafi zonallıq qanunu özünü başqa materiklərdə olduğundan daha aydın göstərir.Bunun başlıca səbəbləri materikin ərazisinin şimal və cənub yarımkürələrdə bərabər paylanması və əksərən düzənlik və yaylalardan ibarət olmasıdır. Ekvatorial torpaq və bitki zonalarından subtropik qurşaqlara qədər coğrafi zonalar hər iki yarım- kürədə inkişaf etməklə, qoşa zonallıq əmələ gətirir.Enlik coğrafi zonallıqla yanaşı torpaq və bitkilərin yayılmasında yüksəkliyə görə zonallıq da müşahidə edilir.Bu şaquli zonallıq xüsusilə daha yüksək Şərqi Afrikada,Həbəşistan yaylasında və vulkanik dağlarda,həmçinin Atlas,Kap və Əjdaha dağlarında daha aydın görünür.
Afrika isti olduğundan dördüncü dövrdə,yüksək enliklərdə iqlimdə baş verən dəyişikliklər (iqlimin soyuması) burada torpaq və bitki örtüyünün inkişafına ciddi tə’sir göstərə bilməmişdir.Arxey və proterozoy eralarından bəri çox hissəsi dəniz transqressiyaları ilə örtülməyən bu materikdə bitki örtüyü eralar boyu təkmilləşmiş və zənginləşmişdir.
Ekvatorial zonanın bitki örtüyündə isə üçüncü dövrdən,hətta mezozoy erasından qalmış bitki nümayəndələrinə təsadüf edilir.Afrikanın bitki örtüyü paleotropik,qolarktika və Kap vilayətlərinə daxildir.Burada olan 40000-dən artıq bitki növünün çox hissəsi paleotropik vilayətdədir.Afrikada 9000-ə qədər endemik bitki növü vardır.
Шякил 33. Торпаг юртцйц.
Afrikada isti sevən bitkilərin yetişməsi üçün çox əlverişli şərait mövcuddur.Lakin rütubətin qeyri-bərabər paylanmasından burada çox sıx rütubətli ekvatorial meşələr və seyrək ağaclı,sıx və hündür otlu savannalarla yanaşı,bitkisi olduqca kasıb olan,yaxud tamamilə bitkisiz ərazilər də vardır.Beləliklə,Afrikada bitki örtüyünün yayılmasında yalnız istiliyin bolluğu kifayət deyildir.Rütubət bolluğu üzvi aləmin xarakteri və sıxlığını müəyyən edən ən başlıca təbii amildir.
Afrikada tropik,ekvatorial və subtropik qurşaqlarda zonal torpaqlar daha geniş ərazilərdə yayılmışdır.Bununla yanaşı dağlıq sahə torpaqları və düzənliklərin intrazonal torpaqları da xeyli sahə tutur.
Ekvatorial zonada və Şimali Qvineya yüksəkliyində daima rütubətli tropik meşələr altında qırmızı-sarı laterit torpaqlar inkişaf etmişdir.Çox sıx və mərtəbəli tropik meşələr altında inkişaf edən bu torpaqların səthinə heç vaxt günəş şüaları düşmür.İl boyu torpaq çox nəm olur və qələviləşməyə məruz qalır.Yüngül və tez həll olan komponentlər alt qatlarda toplanır.Bəzi yerlərdə bu torpaqlar qədim laterit aşınma qatı (dəmirli aşınma qatı) üzərində inkişaf edir. Bəzi yerlərdə isə onlar alüminium-ferrum tərkiblidir.Mexaniki tərkibi gilli,qumlu və qumsaldır.
Daima rütubətli qiley meşələri zonasında intrazonal torpaqlar,Konqo çökəyinin dibində laterit-qiley torpaqlar,çaylar boyu ensiz zolaq əmələ gətirən allüvial torpaqlar,Qvineya körfəzinin şimal sahili boyu inkişaf etmiş manqr meşələrinin bataqlıq torpaqları,nəhayət olduqca az sahədə inkişaf etmiş (Lome ətrafında) tropik qara torpaqlar yayılmışdır.Bu axırıncı tip adətən yağıntıların miqdarı xeyli az olan sahələrdə əmələ gəlmişdir.
Ekvatorial zonanın bitki örtüyü çox zəngindir. (Konqo hövzəsində 4 dərəcə şm.e. ilə 5 dərəcə c.e. arasında,Qvineya körfəzinin şimal sahilində 8 dərəcə şm.e.qədər)-3000-dən artıq ağac növü vardır.Meşələr mərtəbəlidir.Meşələrin içərisi çox qaranlıq olduğundan ot bitkisi yox dərəcəsindədir.Lakin rütubət və qaranlığı sevən kollar və lianlar (sarmaşıqlar) sıx və keçilməz cəngəlliklər yaradır.Bu zona üçün həmişəyaşıl meşələr xarakterikdir.İl boyu temperatur yüksək- dir və az tərəddüd edir,yağıntılar isə 1500-2000 mm-dən artıqdır.Piptadeniya,seyba,terminaliya və s. ağaclar bu meşələr üçün çox səciyyəvidir.Məhsuldarlığı cəhətdən ekvatorial qileylər (meşələr) başqa meşələrdən çox irəlidir.Belə ki, bir hektar sahədə 400-700 ağac olur.Bunlardan yalnız 4-5-i eyni növə aiddir.
Шякил 34. Тябии ландшафт типляри.
Hündürlüyü 50-80 m-ə çatan nəhəng ağaclar,yağ palması (Elaeis guinensis),rafiya (şərab palması Rhaphia),seyba (Ceiba tonningi),kola (Cola nitida) və fikuslar tropik meşələrdə ən yüksək mərtəbəni təşkil edir. Aşağı mərtəbələrdə banan, müxtəlif ayıdöşəyiləri, liberiya qəhvəsi (Coffea liberica), lianlar, landofilya, səhləb çiçəyi, danaayağılar, yosunlar və s. (kolamus, palma rotanq, okean sahilində manqr meşələri) geniş yayılmışdır.Tropik meşələrdə bir çox qiymətli və mənfəətli ağac növləri vardır. Bunlardan çörək ağacı (Sterculia africana,Ophalo carpum procerum), sarı ağac, səndəl ağacı, kola, kauçukluların bir çox növü, çox möhkəm oduncağı olan eben ağacı, yağ palması, liberiya qəhvəsi, okean sahillərində kokos palması (hind qozu) və s. göstərmək olar.
Ekvator zonasına paralel olaraq şimalda və cənubda nisbətən ensiz zona əmələ gətirən, dövrü rütubətli tropik meşələrin və hündürotlu savannaların qırmızı laterit torpaqları yayılmışdır. Bu zonada yarpağını tökən meşələr, çay boyu sahələrdə isə həmişəyaşıl qalereya meşələri yerləşir. Tipik savanna ilə rütubətli qileylər arasında ensiz park meşələri uzanır.Bunlar bir növ savannaları xatırladır. Hündürboylu taxıl otları olan savannada pandanus,fikuslar və başqa ağaclardan ibarət seyrək meşələr yerləşir.
Savanna torpaqları və bitkiləri zonası rütubətli meşələr zonasını şimaldan və cənubdan,dağ savannaları isə şərqdən əhatə edir. Qvineya və Sudanda savannalar Atlantik okeanının sahillərindən yuxarı Nil çökəyi bataqlıqlarına qədər uzanır və öz növbəsində səhralar zonası ilə əhatələnir. Şimal yarımkürəsi savannalarında qırmızı, qonur, cənub yarımkürəsində isə qəhvəyi-qırmızı torpaqlar inkişaf etmişdir.
Savannaların bitki örtüyü müxtəlifdir. Burada ən geniş sahələr hündürboylu otlar (taxılkimilər və s.),seyrək meşələr,çay ətrafı sahələrdə isə qalereya meşələri ilə örtülüdür. Ağac bitkilərindən baobab, çətirli zürafə akasiyası savannalarda tipik mənzərə yaradır. Hündürboylu otlardan filotu, daşdayan və s göstərmək olar.
Savanna daxilində bir neçə zona ayrılır. Bu zonalar arasında keçid tədricidir. Ekvatorial qileylərlə sərhəddə yağıntı çox, quraq dövr qısa (2 ay) olduğundan hündürboylu hiqrofil otlar və qileylərdə yayılmış ağacların bir çoxuna rast gəlinir (yağ palması-Elaeis guineensis, pandanus, yağ ağacı-Buthyrospermum, palma dum-hiphaena və s.).Şimala getdikcə yağıntılar azalır, quraq ayların sayı artır, bitki örtüyündə kserofitlər üstünlük təşkil edir. Qvineya- Sudan savannalarının orta qurşağı orta boylu otlardan,tək-tək bitən baobab və zürafə akasiyası ağaclarından ibarətdir. Sıx meşələr yalnız çay dərələrindədir. Savannaların şimal qurşağında alçaq-seyrək otlar və akasiya kolluqları inkişaf etmişdir. Kollu akasiya və tikanlı kollar,seyrək meşələr cənub yarımkürə savannalarında daha geniş ərazi tutur. Savannaların bu qurşağında yağıntıların miqdarı az olsa da, il boyu müəyyən vaxtda düşür.Bu qurşaqdan şimalda səhralaşmış savanna ensiz zolaq əmələ gətirir.Sahil adlanan bu qurşaqda,bitki örtüyü çox seyrəkdir.Ot bitkiləri azdır (aristida),quraqlığa davamlı kollar (Acacia albida və s.) yayılmışdır. Bəzi yerlərdə qumluqlara təsadüf edilir.Çad gölü,orta Nigerin dirsəyi bu qurşaqda yerləşir. Orta Niger, Çad və Yuxarı Nil çökəklərində bataqlıqlarda papirus,qamış cəngəllikləri,tək-tək ağaclar yayılmışdır.
Cənubi Afrikada səhra zonası ensiz olduğundan və burada səhra materikin şərq sahilinə çixa bilmədiyindən,onu çox yerdə müxtəlif tipli savannalar əvəz edir. Geniş ərazi tutan savannalar Konqo çayının sol qollarının yuxarı axarını, Okovanqo, Kunen çaylarının yuxarı axarlarını və Zambezinin bütün hövzəsini (Nyasa, Tanqanika göllərinin ətraf sahələri də daxil olmaqla) tutur. Burada Anqolanın yüksək otlu savannaları, seyrək meşələri, Zimbabve və Mozambikin seyrək meşələri, çay boyunca qalereya meşələri yayılmışdır. Böyük çayların daima rütubətli geniş terraslarında və vadilərində isə rütubətli tropik meşələrə təsadüf edilir. Çökəklərdə və subareal delta bataqlıqlarında papirus və qamış bitir.
Böyük Səhranın cənub yarısında (təxminən 25°-26° şm.enindən cənuba) tropik səhra bitkiləri yayılmışdır.Burada səhralaşmış savannaya paralel olaraq otlu-kollu səhra qurşağı uzanır. Taxılkimilərdən Aristida papposa, A.Funicalata və s. kollardan xırda boylu akasiyaların növlərinə, qədim dərələrdə isə palma talalarına rast gəlinir. Böyük Səhranın daha geniş daxili hissələrində kolluq səhra bitkiləri yayılmışdır. Kök sistemi yaxşı inkişaf etmiş alçaq boylu, yastıqvarı kollar çox seyrəkdir. Bu sahədə torpağın səthi çılpaqdır.
Böyük Səhranın şimal yarısında subtropik səhra tipli otlu-kollu sahə daha geniş areala malikdir. Taxılkimilərdən şiyavər, kollardan akasiya, innab, qərbdə Atlantik okeanı sahilində kaktusabənzər südlüyənlər, müxtəlif kollar, daşlı səhralarda yastıqvarı tikanlı kollar (Anabasis aritiodes), qumlu səhralarda taxıl kimilərdən aristidanın növləri, kollardan retam, cır moruq, şoranlarda halofitlər yayılmışdır. Böyük Səhranın vahələrində, Nil vadisində xurma palması, bağlar və taxıl zəmiləri əsas yer tutur. Şimali Afrika səhralarında ən geniş yer tutan tropik və subtropik səhra torpaqlarıdır.
Cənubi Afrikada tipik səhra bitkiləri yağıntısı az olan qərb sahilə sıxışdırılmışdır. Namib səhrasında sukkulent bitkiləri olan səhra formasiyası,onu şərqdən əhatə edən yüksəkliklərdə isə otlu-kollu səhra bitkiləri yayılmışdır.Kalaxari çökəyinin geniş hissəsini səhralaşmış savannalar tutur. Burada akasiya kolları,ağacları və seyrək taxıl otları yayılmışdır. Tipik səhra bitkiləri Kalaxarinin cənub-qərb kənarındadır.Karru yaylasında kolluq, sukkulent bitkili səhralar və yarımsəhralar,ondan şərqdəki yayla və yüksəkliklərdə isə əsasən müxtəlif ot bitki formasiyaları,taxıllardan Themeda triada,şırımlı topalın müxtəlif növləri,okeana tərəf baxan yamaclarda, otlu-ağaclı-kollu kserofit bitkilər yayılmışdır.Cənub tropiki enliklərində tipik səhra torpaqları yalnız Namib səhrasında,Narınc çayı hövzəsində və Kalaxarinin cənub-qərb qumlu sahələrindədir.Qalan sahələrdə qırmızı-qonur,dağ qırmızı-qonur torpaqları,Kalaxaridən cənub və cənub-şərqdəki yüksəkliklərdə az sahədə tropik qara torpaqlar,boz-qəhvəyi,dağ boz-qəhvəyi torpaqlar yayılmışdır.
Afrikanın şimal və cənub ucqarlarında subtropik bitkiləri və torpaqları inkişaf etmişdir. Şimali Afrikada Aralıq dəmizi sahili boyu səhralaşmış çöllər uzanır. Burada alfa otu və boz torpaqlar geniş yayılmışdır. Atlas dağlarının quraq cənub hissəsi də (Səhra Atlası və Şott yaylası) bu formasiyaya daxildir. Atlas dağlarında relyef və iqlimin müxtəlifliyi bitki örtüyünün müxtəlifliyinə səbəb olmuşdur. Dağların yamaclarında mantar palıdı (Quercus suber), daş palıd (Quercus ilex) və başqa növlərdən ibarət həmişəyaşıl meşələr, hələb şamından (Pinus halepensis), Atlantika sidr (Cedrus atlantica) ağacından və s-dən ibarət iynəyarpaqlı meşələr, zeytun plantasiyaları, cırtdan palmalar, tikanlı zizifus kolluqları və s.inkişaf etmişdir.
Atlas dağlarında, dəniz sahili düzənliklərdə və dağətəyində subtropik sarı torpaqlar, dağlarda dağ-qonur meşə, dağ-qəhvəyi torpaqları, Mərakeş yaylasında qəhvəyi və qara subtropik torpaqlar geniş yer tutur. Kap subtropik vilayətində az bir sahədə sarı torpaqlar,qalan sahələrdə isə qəhvəyi,dağ-qəhvəyi, dağ-boz-qəhvəyi torpaqlar yayılmışdır. Bu vilayət daima yaşıl bərk yarpaqlı kserofit formasiyaları ilə Aralıq dənizinin flora sahəsini xatırladır.Lakin Atlas dağları üçün xarakter olan ağac bitkilərindən mantar palıdına, daş palıda və s.Kap vilayətində rast gəlinmir. Bura üçün daima yaşıl kserofit kollardan Protolaesea, Erilaceas campositae, dağlarda podokarpus və s.ibarət dağ meşələri səciyyəvidir.
Şərqi Afrikada enlik zonallıq yüksəklik zonallığı ilə əvəz olunur. Dağların çox rütubətli yamaclarında və rütubətli dərələrdə daima yaşıl tropik meşələr, Həbəşistanın yüksək yaylalarında isə dağ savannaları (bunun çox hissəsini dağ çölləri tutur) yerləşir.
Madaqaskarda bitki zonaları qərbdən şərqə bir-birini əvəz edir. Çox rütubətli şərq sahilboyunda və dağların şərq yamacında rütubətli tropik meşələr inkişaf etmişdir (səyahətçi ağacı, tamarind, müxtəlif palmalar), orta zonada otlu savanna, şərqdə isə tikanlı kolluqlar zonası yerləşir.
Adanın şərq sahilində ensiz düzənlik sahənin dövrü rütubətlənən tropik meşələri altında əsasən qırmızı-laterit torpaqlar, dağların şərq yamacının daima rütubətli tropik meşələri altında humuslu dağ lateritləri inkişaf etmişdir. Şərq yamaclarda,yaylanın dövrü rütubətlənən tropik meşələrində və hündür otlu savannalarında dağ qırmızı torpaqlar,qərb və cənub sahil ovalıqlarında və dağətəyində kserofit tropik meşələrin qəhvəyi-qırmızı,quru savannaların qırmızı-qonur torpaqları inkişaf etmişdir. Madaqaskar ərazisində temperatur şəraitinin eyni olmasına baxmayaraq şərqdən qərbə yağıntıların miqdarının kəskin azalması coğrafi zonaların meridian istiqamətində uzanmasına səbəb olmuşdur. Burada coğrafi zonallıq eyni zamanda oroqrafik şəraitlə сых əlaqədardır.
Heyvanları
Afrika heyvanlar aləminə görə başqa materiklərdən kəskin fərqlənir. Burada olan müxtəlif heyvan növlərinin bir çoxuna başqa materiklərdə, həmçinin Afrika ilə eyni coğrafi enliklərdə yerləşən sahələrdə belə rast gəlmək mümkün deyil. Materikin şimal hissəsi (Böyük Səhra və Atlas dağları) Qolarktika zoocoğrafi vilayətinə, qalan hissəsi isə Həbəşistan (Efiopiya) zoocoğrafi vilayətinə daxildir. Madaqaskar və ona yaxın adalar Madaqaskar zoocoğrafi vilayətinə aid edilir.
Qolarktikanın Aralıq dənizi yarımvilayətinə aid edilən Şimali Afrika heyvanlar aləminə görə Cənubi Avropaya (Aralıq dənizi adalarına) çox yaxındır. Lakin burada özünəməxsus heyvan növləri ilə yanaşı (tək hürgüclü dəvə, yallı qoyun, Afrika dəvəquşusu, buynuzlu gürzə, Əlclzairdə və Mərakeşdə quyruqsuz makaki meymunu və s.) Həbəşistan vilayəti üçün səciyyəvi heyvan növlərinə də rast gəlinir (Atlas dağlarında gözlüklü ilan və s.). Hər iki vilayət üçün səciyyəvi heyvanlardan antilop, şir, vəhşi pişik, zolaqlı kaftar, çaqqal və s. göstərmək olar. Bunlardan əlavə, Böyük Səhrada sürünənlərin bir çox növləri, müxtəlif kərtənkələlər, quşlardan flaminqo, dəvəquşu və s.vardır. Qışda buraya şimal ölkələrindən külli miqdarda quşlar uçub gəlir.
Həbəşistan zoocoğrafi vilayətinin heyvanlar aləmi də çox zəngindir. Bura üçün xarakterik heyvanlardan savannalar zonasında yaşayan zürafə, tropik Afrikada geniş areala malik olan şir (Leo-leo), hippopotam, kərgədan, Afrika fili, zebr (şərqi və cənubi Afrikada), Afrika tovuz quşu (Konqo hövzəsinin şərqində), qorilla, şimpanze və s.,həşəratlardan canlılar üçün çox təhlükəli olan sese milçəyi,yırtıcılardan savanna və seyrək meşələrdə çox yayılmış leopard, vəhşi pişik, kaftar, gəmiricilərin bir çox növü geniş yayılmışdır. Afrikada bir çox heyvanların arealını insan xeyli məhdudlaşdırmışdır. Ümumiyyətlə əhalisi sıx olan yerlərdə heyvanlar, xüsusən yırtıcılar çox qırılmışdır.
Dostları ilə paylaş: |