Afse a fəLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 1,64 Mb.
səhifə12/98
tarix01.01.2022
ölçüsü1,64 Mb.
#105907
1   ...   8   9   10   11   12   13   14   15   ...   98
Bütü Allah bilmisənmiş,

Onda ona et sitayiş
deyə çığıraraq ondan ləcəyi də dilənçiyə verməsini tələb edir. Maraqlıdır ki, Brandın xırda burjua mötədilliyinə qarşı alovlu çıxışlarını bəyənən Plexanov bu epizodu qəhrəmanın «boş formalizmə və xırdaçılığa yuvarlanması» kimi qiymətləndirir, hətta «bu amansız olmasaydı, gülməli olardı» söyləyərək, onun mənasızlığını, əxlaqi cəhətdən məzmunsuzluğunu vurğulayır. O yazır: «Əsl inqilabçı heç kəsdən gərəksiz qurban tələb etməz. Yalnız ona görə tə­ləb etməz ki, onun gərəkli qurbanları gərəksizlərdən ayırmağa imkan verən me­yarı var. Brandın isə belə bir meyarı yoxdur. «Ya hər şey, ya da heç nə» düsturu bu meyarı verə bilməz, onu bundan kənarda axtarmaq lazımdır. Brandda forma bütün məzmunu öldürür» (6, 799).

İlk baxışda və ümumiyyətlə Brandın mərhum körpəsinin iyini onun ovuc içi boyda kiçik ləçəyindən alaraq təsəlli tapan gözü yaşlı, dərdli yazıq arvadına qarşı bu rəftarı, əlbəttə, qəddar, rəhimsiz görünür. Lakin burada İb­sen tutduğu yoldan, məsləkdən heç bir şey naminə bir addım da geri çəkil­mək istəməyən, nəfsə qarşı (iradəyə qarşı yox!) mübarizədə hər cür yarım­çıq­lığa qarşı çıxan (xeyirxahlıq edirsənsə, axıra qədər et!) güclü rəmzi obraz yaratmışdır. Bu obrazın «qəribə» hərəkəti «məzmunu öldürmür», yox, incə mət­ləblə zənginləşdirir. Körpənin ləçəyi əslində burada ananın «nəf­sini» (ya­da salaq ki, «nəfs» sözünün mənalarından biri «övlad»dır) təmsil edir. Əbu Hamid əl-Qəzalinin əsrlərin dərinliyindən gələn: «Nəfs bütdür və nəfsinə itaət edən bütə səcdə etmiş olur, yalnız səmimiyyətlə Allaha sitayiş edən nəfsinə qalib gəlir» (8, 85) sözləri sanki Branda bəraət qazandırır.

N.Nərimanov kiçik məqaləsində İbsenin hər hansı bir əsərinə ayrıca münasibət bildirməsədə, bütövlükdə onun yaradıcılığını məhz əxlaqi xa­rak­ter və məzmununa görə yüksək dəyərləndirir. Plexanovun «ya hər şey, ya da heç nə» kimi başa düşdüyü və tənqid etdiyi etik norma onun nəzərində «nəfs üzə­rində ağa olmaq», məslək-əqidəsinə hər bir zaman sadiq qalmaq demək­dir. Bu ideyanın islam ehkamına və fəlsəfəsinə uyğun gəldiyini nəzərə çarp­dır­maqla N.Nərimanov əslində öz həyat idealını əsaslandırır, ona qüvvət v­erirdi. O, 1918-ci ildə Həştərxanda mollaların və tatar məktəbləri müəllim­lə­ri­nin yığıncağında «Kilsənin dövlətdən, məktəbin kilsədən ayrılması haq­qın­da» dekreti izah edərkən, nitqinə (7) inamına, üzərinə düşən missiyaya, əqi­dəsinə sadiqlik təcəssümü kimi canlandırdığı Məhəmməd peyğəmbərə is­tinadla başlamışdı.1 O deyirdi ki, Məhəmməd qırx yaşlı varlı Xədicəyə ev­lən­miş2 və tezliklə arvadının var-dövlətini yoxsullara paylamışdı. O, büt­pə­rəst­liyin əleyhinə çıxaraq, elə ilk günlərdən, birinci növbədə ərəblərin o za­man­lar öz uşaqlarını qurban verdikləri büt-allahları var qüvvəsi ilə da­ğı­dır­dı. Uşaqların qurbanlıq verilməsi göstərir ki, ərəblər öz allah bütlərini necə se­virmişlər. Lakin o, hər yerdə insan əli ilə düzəldilmiş məsuliyyətsiz, aciz allahları ifşa edirdi. Məhəmmədin natiqlik qüdrətinə bələd olan varlı ərəblər sevimli bütlərini onun hücumlarından qorumaq üçün peyğəmbərə qızıl, torpaq və ürəyi istəyən hər şeyi təklif edirdilər. Təki allahlar təhqir olun­ma­sın­lar, murdarlanmasınlar. Məhəmməd belə təklifləri rədd edib deyirdi: «Mənə sizin heç nəyiniz lazım deyil, hər şeyə qadir, qüdrətli olan tək Allaha inamınız lazımdır» (7, 3) ...

İbsenin əsərindən yuxarıda bəhs etdiyimiz səhnə ilə Məhəmməd pey­ğəm­bərin həyatından gətirilən tarixi fakt arasında, zənnimizcə, bənzəyişi gör­məmək mümkün deyil. Əgər inqilabçı Brand itirdiyi körpəsinin ləçəyinə sanki bir büt kimi mehrini salan zavallı arvadının nəfsinə qarşı çıxıb güzəşt etmək istəmirsə, Məhəmməd peyğəmbər ərəblərin nəfsini ifadə edən, on­la­rın çox sevdikləri, hətta öz balalarını qurban verdikləri bütləri dağıdır. O, bir inqilabçı kimi hərəkət edir, etiqadı uğrunda mübarizədə heç kimlə və heç hansı bir kompromisə getmir. N.Nərimanov yazır: «O bununla demək istəyir ki, inamı heç hansı milyonlara almaq və satmaq olmaz».

N.Nərimanov əqidə, məslək uğrunda mübarizədə verilən qurbanları Plexanov kimi gərəkli və gərəksizlərə bölmür. Öz gücsüzlüyünü bilərəkdən, pis silahlanmış kiçik dəstə ilə hər cəhətdən dəfələrlə güclü düşmən üzərinə dö­yüşə gedən, «...Məhəmmədin qanunlarını pozan, hamını və hər şeyi qı­zıl­la almaq istəyən Yezidə qarşı mərdi-mərdanə çıxış» edib faciəli surətdə hə­lak olan Məhəmməd peyğəmbərin «ən sevimli nəvəsi» imam Hüseyni «və­zi­fəsindən ötrü alçaqcasına yalan danışan», başqa sözlərlə, «nəfsinin qulu olan» bəzi vicdansız və qorxaq kommunist rəhbərlərə nümunə gös­tə­rir­di (5, 43). Əslində N.Nərimanov bu sətirlərdə imam Hüseynin faciəsi va­si­tə­silə öz faciəsini, haqq-ədalət naminə, xalqını düşmənlərdən qorumaq na­mi­nə hətta nə­həng dövlət maşını ilə təkbaşına mübarizəyə girən bir İnsanın fa­ciəsini ifadə etmişdir.

O, böyük, humanist idealları həyata keçirmək üçün hakimiyyətə gə­lən­dən sonra insanlara verdikləri vədlərini unudub, elan etdikləri demokratik prin­siplərə xilaf çıxan, Plexanovun ibarəsinə bənzədib desək, «dağlar vəd edib eybəcər siçanlar doğan» rəhbər kommunistləri tənqid edir, onların döv­lət idarəçiliyində yol verdikləri böyük nöqsanlar barədə açıq danışmaqdan çəkinmir, onların «vəzifələrini itirəcəklərindən qorxaraq susduqları məsə­lə­lər haqqında» qışqırır, öz həyatı bahasına başa gələcəyini əvvəlcədən bilə­rək­dən MK-ya, Stalinə göndərdiyi «Ucqarlarda inqilabımızın tarixinə dair» adlanan məktub-məruzəsində Mərkəzin yarıtmaz siyasətini, xüsusilə Azər­bay­can­dakı əlaltıları vasitəsilə həyata keçirdiyi «...məlum proqram üzrə ... Azər­baycanı simasızlaşdırmaq, öz miskin məqsədləri üçün onu gücdən sal­maq siyasətini» ifşa edir, onun acı nəticələrini üzlərinə çırpırdı...

Lakin tarixin kinayə etdiyi vaxtlar da olur. Üstdən lap çox illər keçir. ANS kanalında «Dahilərin divanı» seriyasından N.Nərimanova həsr olun­muş verilişdə bir tarixçi alim əyləşdiyi rahat kreslodan N.Nərimanov haq­qın­da onun mənəvi əzab və iztirablarının əks olunduğu həmin məşhur mək­tu­bunu nəzərdə tutaraq deyir: «O, o qədər sadəlövh bir adam idi ki, elə bi­lir­di ki, Stalinə yazsa, işlər düzələcək». Beləliklə, siyasi xadimin tarix və xalqı qar­şısında məsuliyyətini və uzaqgörənliyini göstərən sənədi «sadəlövhlüyün gərəksiz əməli» kimi «təfsir edir». Əgər belə idisə, nə üçün 70 il onu gizli saxlayırdılar, nə üçün o, yalnız SSRİ dağıldıqdan sonra işıq üzü görürdü? Buna tarixçimiz cavab vermir. O anlamır ki, bu məktub MK-ya, Stalinə (onu isə N.Nərimanov çoxdan və çox yaxşı tanıyırdı!) göndərilsə də, əslində gələcək nəsillərə, ona və bizə, bügünümüzə və sabahımıza ünvanlanmışdı. Onun sadəlövhlük adlandırdığı isə ən adi müdriklik idi, amansız senzura şəraitində MK-ya rəsmi məktub vasitəsilə öz sözlərini gələcək nəsillərə çat­dır­maq, onlara dövrün həqiqətini xəbər vermək, millətə dost-düşmənini ta­nıtmaq üçün yeganə mümkün çıxış yolunu tapmış insanın müdrikliyi idi. N.Nərimanov özünü qurban verdisə də, həmin dövrə işıq salan dəyərli tarixi sənəd, mənbə qoyub getməklə, həqiqət naminə verilən qurbanların hədər olmadığını bir daha sübut etdi.

* * *


N.Nərimanovun əqidə uğrunda verdiyi qurban «nəfs üzərində ağa olmağın», «nəfs saflığının» nümunəsi idi. İbsen irsində əbədi ruhun tən­tə­nə­si məhz nəfs üzərində qələbədən yaranır. Lakin həmin qələbə anında onun bədii qəhrəmanlarının məhv olmasını Plexanov əbədi ruhun yeniliyi, mü­vəq­qəti olanı inkar etdiyinə görə məğlubiyyəti kimi qiymətləndirir. Nəriman Nə­rimanov bütün hallarda əbədi ruhun dahi insanların əsərlərində və əməl­lə­rində ölümlərindən sonra da yaşamasına və hər zaman yeniyə, müvəqqəti olana yol göstərməsinə inanırdı. O, «Henrix İbsen» məqaləsini yazıçı haqqında dediyi aşağıdakı sözlərlə bitirir: «Əsasında qabili-zaval olan şey zail oldu. Fəqət onun ruhi-mənəviyyəsi və gözəl əsərləri baqi (əbədi) qalıb insaniyyətə yol göstərən çıraqlardan biri oldu... Buna şübhə yoxdur».

Buna şübhə yoxdur: bu çıraqlardan biri də Nəriman Nərimanovdur!




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin