Afse a fəLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal


İdeyanın iki qanunauyğunluğu haqqında



Yüklə 1,64 Mb.
səhifə25/98
tarix01.01.2022
ölçüsü1,64 Mb.
#105907
1   ...   21   22   23   24   25   26   27   28   ...   98
İdeyanın iki qanunauyğunluğu haqqında

Zaman və məkan çərçivəsi fövqündə olan, fəlsəfə tarixinin həm dü­nə­ni, həm də bugünü üçün eyni əhəmiyyət kəsb edən vahid ideyanın iki əsas qanunauyğunluğu vardır. Birincisi, onun bütün varoluşun təməlində və ma­hiy­yətində dayandığını qəbul edərək ona doğru aparan düzgün mənbələrin və vasitələrin seçilməsidir. Platonun bildirdiyinə görə, insanlar ancaq “bütün canlı varlıqları, o cümlədən, özünü də, üstəlik torpağı, səmanı, tanrıları, sə­ma­dakıları, yerin altındakıları, Aiddəkiləri (ölülər dünyasındakıları) yaradan sənətkarın” (17, 354) yaratdıqlarının kölgələrini görür və onları həqiqət zənn edirlər. Deməli, həqiqətə gedən yol bu kopiyalardan deyil, orijinal ide­ya­ların kəşfindən keçməlidir. Yəni həm maddi, həm də qeyri-maddi şeylər tək Yaradanın vahid ideyasının çoxsaylı təzahürləri kimi geriyə – mənbəyə aparan vasitələrdir.

Bu da danılmaz faktdır ki, ifadə olunan hər fikir, hər ideya mənbənin hə­qiqətinin inikası olmur, hətta bəzən tamamilə əks məna daşıya bilir. Sufi mü­təfəkkir Mənsur Həllac (X əsr) yazır: «Küfr və iman isim baxımından fərq­­­­lidir, həqiqət baxımından isə onlar arasında fərq yoxdur» (25, 53). Yəni ey­ni mən­bə­dən qaynaqlanan sözlər, yaxud eyni ideya onu söyləyənin di­lin­də, qazandığı formada yeni bir “həqiqət” qazanmış olur. Yanlışlığın mənbə­də yox, ifadədə olduğunu anlayanlar həqiqəti öyrənmək üçün formaya deyil, onun mahiyyətinə müraciət edirlər. Digər bir sufi mütəfəkkir Əbu Yəzid Bis­­tami (IX əsr) deyir: «Suyun rəngi qabının rənginə görədir. Su ağ qabda olarsa rəngi ağ, qara qabda olarsa qara, sarı qabda olarsa – sarı, qırmızı qab­da – qırmızı və s. olar…» (26, 57). Deməli, varlıqların və ya hadisələrin məhz bilavasitə mənbəyə istinadən öyrənilən mahiyyəti həqiqətə daha yaxın olur.

İkinci qanunauyğunluq isə, bu vahid ideyanın əbədiliyi və kəsil­məz­li­yi­dir. Sə­la­həd­din Xə­lilov yazır: «Si­vi­lizasiyanın ən mü­hüm şərt­lə­rindən biri məhz kə­­silməz tarixdir. Belə ki, cə­miyyətin inki­şa­fın­da qazanılan hər hansı bir nai­­liyyət son­ra­dan davam etdiril­mir­sə, o, bö­yük müddət inter­va­lında ta­ri­xi pro­sesə daxil ola bilmir» (10, 24). Filo­so­fun bu sözlərini daha bö­yük miq­yas­da qəbul edib, onu hər hansı xal­qın ta­rixinə deyil, ümu­mi­likdə Mütləq İde­­ya­nın, va­­hid həqiqətin əbə­di sirkulyasiyasına aid et­­sək, sadə, eyni za­man­da, da­im qorunan bir qa­­nu­nauyğunluğun şa­hidi olarıq: tarixdə ya­ran­­mış hər ye­ni ideya, fəl­səfi sistem özündən əv­vəl­kinin davamı, əv­vəl­ki isə özündən son­ra­kı üçün sabit bir pos­ta­ment olmalıdır. Bu prin­sip­­dən kənarda qalan hər bir ideya isə oyun­dan kənar vəziyyətə düşməyə məhkumdur.


İnsan əldə etdiyi məlumatı təsdiqləmək, öyrəndiklərinin mahiyyətini, hə­qiqətini dərk etmək üçün müxtəlif vasitələrlə onun mənbəyinə can atır və ona yaxınlaşdıqca həqiqətin daha dərin qatları açılır. Mənbənin bütünlüklə kəşfi isə Mütləq Həqiqətin dərki deməkdir. Təbii ki, onu köl­­­gə­­lən­di­rən, məğ­­zindən uzaq salan, təh­rif edən təlimlər, təh­lil­lər də olmuş, onu gö­rün­məz hala gə­ti­rən infor­ma­si­ya bolluğu da ya­ranmışdır, lakin hər dövrdə onun ma­hiy­yə­ti­ni görən və onun par­­lamasına xidmət edən və bu­nunla da yer üzün­də mütləq həqiqətin qo­­run­masına şə­ra­it ya­ra­dan şəxslər də yaşayıb-ya­rat­mışlar. “Müx­­tə­­lif varlıq və var olma for­ma­la­rında tə­za­­hür­lə­ri nə qədər fərqli olursa olsun, ma­hiy­yət­də ey­ni həqiqət”, “hansı mədəni qə­lib­lər için­də şə­kil qazanırsa-qazansın, ma­hiy­yət­də ey­­ni bilik” (8, 29) olan bu ideyanın, hikmətin qo­run­ma­sı nami­nə­­dir ki, Allah Təala özünün seçdiyi peyğəmbər­lə­rə, nəbilərə, filosoflara, alim­­lərə öz vəhyini, kəşfini, ilhamını lütf etmiş və et­mək­dədir. Belə şəxs­lə­rin düşüncələrinin, mə­nə­vi dünyalarının bir qapısı xal­­qa – ide­ya­nın tə­zahür mey­danına, di­gəri isə bu hikmətin sa­­­hibi olan Haq­qa, Ya­ra­dana açıqdır.

Filosof və mütəfəkkirlərin fərqli dünyagörüşləri, tarix boyu təşəkkül tapıb müəyyən zaman kəsiyində inkişaf edib ya tənəzzülə uğrayan, ya da hələ də mövcudluğunu davam etdirən dini, fəlsəfi, mistik cərəyanlar və tə­lim­­lər, müxtəlif sahələri əhatə edən çoxsaylı elmlər həm vahid ideyanın mən­bələ­rinin çoxluğundan, həm də bu mənbələrə gedən yolların rəngarəng­li­yin­dən xəbər verir. Məlumdur ki, kiçik mənbələrin kəşfi daha böyük mən­bə­yə yol aça bilir. Bu baxımdan, müasir dövrün qloballaşma ideyalarını, ya­xud elmlər arasında yaxınlaşma, sintezləşmə hallarını kiçik ölçülərdən daha ge­niş sahələrə keçid adlandırmaq olardı.

Vahid İdeyanın təzahürlərinin xarakterlərinin, növlərinin, malik ol­duq­ları əhəmiyyət dərəcələrinin təsnifatı belə bir nəticə çıxartmağa imkan ve­rir ki, onun mahiyyətinin, yəni Mütləq Həqiqətin dərkinin üç mənbəyi var­dır: səmavi kitab (ilahi vəhy), təbiət və insan. Hər mənbə özünə xas idrak va­si­təsi tələb etdiyi kimi, vasitəyə müvafiq də mən­bənin tərəfləri açıqlanır. Və bu mənbələrə ya­naşma prizması, metodları, onlardan birinin­mi, iki­si­nin­mi və ya hər üçünün şərhi müəyyən fəl­səfi cərəyanların, məktəblərin ya­ran­ma­sına sə­bəb olmuşdur. Təbii ki, fəlsəfə tarixi boyu bu mənbələrdən gah bi­ri, gah digəri, gah tək, gah sintez şəklində aktual olmuş, hakim ideologi­ya­nın təməlində dayanmışdır.


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin