Afse a fəLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 1,64 Mb.
səhifə57/98
tarix01.01.2022
ölçüsü1,64 Mb.
#105907
1   ...   53   54   55   56   57   58   59   60   ...   98
Anahtar kelimeler: muqam, islam, felsefe, zikr, estetik.

Elmi-fəlsəfi həyat


Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı

Beynəlxalq “The Philosopher’s Index” Mərkəzinin

siyahısına daxil edilmişdir


Bu günlərdə ölkəmizə ictimai elmlərin böyük uğuru hesab edilə bilə­cək şad xəbər gəlmişdir. Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Asso­sia­siyasının (AFSEA) 2003-cü ildən başlayaraq nəşr etdirdiyi "Fəlsəfə və so­sial-siyasi elmlər" jurnalı baş ofisi ABŞ-da yerləşən Fəlsəfi Jurnal və Ki­tab­­ların Beynəlxalq İndeks Mərkəzinin (The Philosopher's Information Cen­ter. An International Index to Philosophical Periodicals and Books) si­ya­hısına daxil edilmişdir.

Bir il əvvəl elmi jurnalların indeksləşdirilməsi üzrə beynəlxalq İndex Copernicus'un siyahısına daxil edilən jurnal bu dəfə də ictimai və humanitar elmlər üzrə ilk dəfə olaraq belə bir uğura imza atmışdır.

Bu hadisə Azərbaycan fəlsəfi fikrinin beynəlxalq miqyasda yayılması isti­qamətində mühüm addımdır. Bundan sonra jurnalda çıxan bütün məqa­lə­lə­­rin ingilis dilində xülasəsi bütün dünya ölkələrinə yayılacaqdır. Digər tə­rəf­dən, The Philosopher's Index-in bütün nömrələri Azərbaycan kitab­xa­na­la­rına da göndəriləcəkdir. Bu isə respublikamızın fəlsəfə ictimaiyyətinə xa­rici ölkələrdə aparılan ən son fəlsəfi tədqiqatlar barədə məlumat almaq və müvafiq sahələr üzrə jurnal və kitabları sifariş vermək imkanı yaradacaqdır.

Xatırladaq ki, jurnalın Redaksiya Şurasına dünyanın bir sıra ölkələrini təm­sil edən görkəmli elm adamları daxildir. Redaksiya Şurasının sədri aka­de­mik Ramiz Mehdiyev, jurnalın baş redaktoru – AMEA-nın müxbir üzvü Sə­lahəddin Xəlilovdur. Jurnalda Azərbaycanın və xarici ölkələrin tanınmış fi­lo­soflarının, politoloq və sosioloqların elmi məqalələri dərc olun­maq­la ya­naşı, klassik fəlsəfi irs də dilimizə tərcümə edilir, türk dünyasının müasir düşüncə sahibləri oxucularımıza müntəzəm surətdə təqdim olunur, qabaqcıl el­mi-fəlsəfi məktəblərin iş təcrübəsinin yayılması məqsədi ilə AFSEA-nın və jurnalın təşəbbüsü ilə beynəlxalq forumlar keçirilir, Azərbaycan alim­lə­ri­nin beynəlxalq elmi miqyasda fəaliyyəti və çağdaş fəlsəfi proseslərin öl­kə­miz­də işıqlandırılmasına geniş yer verilir.

Heç şübhəsiz ki, Azərbaycanda çıxan jurnalın beynəlxalq elmi icti­mai­y­yət tərəfindən maraqla qarşılanması ölkəmizdə gedən ictimai-siyasi və iq­tisadi inkişaf proseslərinin daha bir təzahürüdür.



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin