Afse a fəLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal


Keçid mühiti, keçid məkanı



Yüklə 1,64 Mb.
səhifə68/98
tarix01.01.2022
ölçüsü1,64 Mb.
#105907
1   ...   64   65   66   67   68   69   70   71   ...   98
Keçid mühiti, keçid məkanı
Bir obyektin, hadisənin dəyişməsi ilə onun iki müxtəlif məqamdakı vəziyyəti arasındakı uyğunsuzluqdan nə mənada danışmaq olar? Yəni keç­miş məqamdakı vəziyyət hansı formalarda isə (ilk növbədə adaptasiya olun­muş, xarici mühit) indiki vəziyyətlə ziddiyyətə girə bilir.

Lakin bir şey həqiqətdir ki, obyektin, sistemin dəyişməsi ilə onunla ət­raf mühit, infrastruktur və s. arasında uyğunsuzluqlar və ziddiyyətlər qa­çıl­mazdır. Burada adaptasiya sistemin yeni vəziyyəti ilə mühitin arasında get­­məlidir. Lakin nəyin hesabına obyektin, sistemin yenidən əvvəlki halına qa­yıtmaq məcburiyyəti, yoxsa mühitin dəyişməsi və ya heç olmazsa keçid mühitinin yaranması.

Lakin baxdığımız halda söhbət dəyişmədən, yəni zamanca (zaman oxun­­­­da) hərəkətdən gedir. Biz isə indi məkanda keçid mühitindən danışmaq istərdik.

Artıq qərarlaşmış obyekt-mühit sistemində (yeri gəlmişkən, Fixtenin Mən – Qeyri-Mən sistemində qeyri-Mən əslində reallıq müstəvisində mühit­dir) isə keçid mühitləri də mövcud olur. Əks-təqdirdə mühitə qarşı fərqli möv­­­qedə dayanan obyektlər (sistemlər) dağıla bilər, yenidən qurulmağa (re­or­qanizasiyaya) möh­tac ola bilər.

Belə sadə misallara baxan ...kasıb bir adamın ətraf aləmdən qorun­ma­sı­­­­na ehtiyac yoxdur...Varlı adam ətrafında qoruyucular, cangüdənlər sax­la­yır, cə­­miyyətlə özü arasında bir çəpər çəkir. Daha yüksək vəzifəli adam ət­ra­­­­fın­da vasitəçi məmurlar saxlayır. Onun iradəsi vasitəli şəkildə həyata ke­çir.


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin