Afse a fəLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 1,64 Mb.
səhifə24/98
tarix01.01.2022
ölçüsü1,64 Mb.
#105907
1   ...   20   21   22   23   24   25   26   27   ...   98
Anahtar kelimeler: ümmet, islam, hadis, irtifagat, vahdeti-vücud və vahdeti-şühud

Fəlsəfə tarixində

həqiqətin “mənbələri”

Könül Bünyadzadə



Giriş

Fəlsəfə tarixinin qədimdən bəri tədqiqin­dən belə bir nəticə çıxarmaq mümkündür ki, bü­tün mövcudat müəyyən bir ideyanın, ilahi bir hik­mətin təzahürüdür. Zaman-zaman müx­tə­lif dün­yagörüşlərə müvafiq şəkildə öz fərq­li ifa­dələrini ta­pan, forması, üslubu, üsulu, dili, di­­ni fərqlənsə də, dü­şün­cə­ləri işıqlandırıb isti­qa­­mətlən­di­rən bu ideyanın mahiyyəti dəyiş­məz və sa­bit olaraq qalır. Müəyyən mənada ruh­­­lar vasitəsilə nə­sildən nəslə ötürülən bu ide­ya ənənəsini Se­yid Hüseyn: “İlahi mənbə­nin bə­­şəriy­yə­tə açılan hə­qi­qət­ləri və ya prin­sip­lə­ri” (15) ad­la­n­dı­rır. İslam fəlsəfəsində “hikməti xa­li­­də” (fars­­ca – cavidan xerəd), Qərbdə “pe­ren­ni­­al phi­lo­sophy”, hindlilərdə “sa­na­ta­na dhar­ma” kimi ta­­nınan bu “əbədi fəlsəfə”, orta əsr­lə­rin is­lam mü­tə­fək­­ki­ri İbn Miskəveyhin fikrinə gö­rə, “əzəli bir ağıl, əzəli bir hikmətdir. O, dövr­dən dövrə, mil­­lətdən millətə dəyişməyən, tarix fövqündə bir həqiqət, özünü əsr­lər boyu müxtəlif mə­də­niy­­yətlərdə daim təzahür etdirən bir xalidə (əzə­li) hik­mətdir” (4, 29).



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin