Afse a fəLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 1,64 Mb.
səhifə73/98
tarix01.01.2022
ölçüsü1,64 Mb.
#105907
1   ...   69   70   71   72   73   74   75   76   ...   98
II yaxınlaşma – əlaqəni, ümumiliyi də görməyə cəhd ...

Əvvəla, idrakın özündə şübhə ilə inamın vəhdəti var.... İnam həmişə məqsədə doğru aparır, tədqiqata işıq salır.

İkincisi, inam - böyük bir ahəngin fəhmlə, intuisiya ilə duyulması və təh­lilsiz qəbul olunmasıdırsa, idrak ahəngləri hissə-hissə, addım-addım öy­rən­mək, dünyanın ahəngini, onun ayrı-ayrı hissələrinin ahəngi ilə təsdiq­lən­mək­lə inama xidmət etməkdir.

Düzdür, elm, idrak hissələri öyrəndiyi üçün və həmişə şübhələr yarat­dı­ğı üçün, eyni dərəcədə inamsızlığa da xidmət edə bilir.



Ziddiyyətlər
“Tamın mürəkkəbliyi və müxtəlifliyin vahidliyi...”

Dünyada həqiqətən çox müxtəlif hadisələr baş verir. Müxtəlif sahələr var, onlar özü də çox vaxt müxtəlif sahələrdən və çox müxtəlif hadisələrdən ibarətdirlər.

Eyni zamanda – yanaşı müxtəliflik. Bu müxtəlifliklər, nə qədər ki, kon­takta girmirlər, ziddiyyət də yoxdur. (yəni ziddiyyət hər birinin ancaq da­xilindədir...) Amma kontakt yarananda, vahid sistem və ya heç olmasa nis­bi bütöv sistem yaranma ehtimalı olanda, ziddiyyətlər ortaya çıxır.

Uzaqda olan fərqlənir, vəhdət iddiasında olmayan əlaqələnməyən fərqlər arasında həmin aktiv ziddiyyət yoxdur...



Tarix
Tarix – hadisələr salnaməsidir. Daha doğrusu, tarix yazılarkən istər-istəməz müəyyən dərəcədə ümumiləşdirilmiş olur.

Lakin əhəmiyyətli olan hadisələrdimi?

Min plandan keçib gələn Azərbaycan?! İndi o kimdir, nədir?

Biz kimik?

Bu kimliyimizi dərk etmədən müasir dövrdə nə ilə səciyyələndiyimizi və nə ilə özümləndiyimizi bilmədən – Azərbaycan ideyasını dərk etmədən, azər­baycanlı ideyasını dərk etmədən, ümummilli ideologiyamız olmadan keçmişdən nələrin bizə aid olduğunu, nələrin bizə yad olduğunu necə dərk edəcəyik?

“Azərbaycan” hansı yolu keçib, onun genezisi və təkamül yolu necə olub? Hadisələr fondur, kontekstdir, yoxsa bu ideyanın dərinləşməsinə, inkişafına istiqamət verən amillərdir?

İndi “biz kimik?” sualından başlanmalıdır. (Tarix keçmişdən yox, bu gündən başlanır). Lakin bizim bugünkü kimliyimiz iki səviyyədə dərk olunmalıdır. Birincisi, görünən tərəf – maddi-real mövcudluğumuz pisi ilə, yaxşısı ilə. (sosioloji-psixoloji tədqiqat).

İkincisi-görünməyən tərəf: genlər – fərdi və sosial, sosial-mənəvi genlər (yaşayan, itməkdə olan və itmiş).

Məhz ikinci tərəfin öyrənilməsi, bir tərəfdən müasir, digər tərəfdən ta­­­rixi tədqiqat tələb edir. Lakin tarixi tədqiqatlarda da çıxış nöqtəsi (yəni keç­mişin qarmaqarışğında məhz özümüzü, məhz bizə aid olanı tanımaq, tap­maq üçün) müasir varlığımız, reallığımız, genlərin bugünkü durumu olmalıdır.

Zaman
Keçmiş doğrudanmı keçmişdə qaldı? Doğrudanmı zamanı geri dön­dər­mək olmaz? Keçmişi dəyişmək olmaz?

Gələcək və keçmişin fərqlərindən birini də bunda görürlər ki, “gələcək hələ öz əlimizdədir, ona təsir etmək olar”, “keçmiş isə daha keçib qurtarıb, onu düzəltmək, onu dəyişmək olmaz”. “Olan olub, keçən keçib”atalar da belə deyib, Eynşteyn də.

Dünya bütöv ahəngdar bir sistemdir. Açıq sistemdir. Bugünün ahəngi dünənə təsir etməyə bilərmi?

Fəlsəfi fikrin elmi fikirdən fərqi, dinin, müqəddəslik duyğusunun, rasional qadağalardan... yüksəkdə durduğu bəzən unudulur.

Keçmişdəki hadisələrin bu və ya digər ahəng istiqamətində qruplaş­dı­rıl­ması və bugünkü hadisənin hansı səbəbiyyət zəncirinin davamının olması.

Başqa cür desək, tarixi yaradan da ayrı-ayrı şəxsiyyətlər olduğundan şəxsiyyətlərin tərcümeyi-halı elə tarixi verir.




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin