Afse a fəLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 1,64 Mb.
səhifə78/98
tarix01.01.2022
ölçüsü1,64 Mb.
#105907
1   ...   74   75   76   77   78   79   80   81   ...   98
XOŞ OLAN HAQQINDA FƏSİL

209


Özünü vurnuxmaya həsr edən və özünü düşüncələrə həsr etməyən, məq­sədi unutmuş, həzzlərdən yapışan özünə dalmışa həsəd aparır.

210


Xoş olana bağlanma, xoş olmayana isə heç bağlanma. Xoş olanı gör­mə­mək və xoş olmayanı isə görmək – zülmdür.

211


Odur ki, heç nəyi sevməyin, zira sevimli olandan ayrılmaq – ağrılıdır. Heç nəyi sevməyən və heç nəyə nifrət etməyən üçün bağlar yoxdur.

212


Xoş olandan qəm doğulur, xoş olandan qorxu yaranır; xoş olandan qur­tulmuş qəm nədir bilməz, qorxu hardan olsun?

213


Meyldən qəm doğulur, meyldən qorxu yaranır; meyldən qurtulmuş qəm nədir bilməz, qorxu hardan olsun?

214


Bağlılıqdan qəm doğulur, bağlılıqdan qorxu yaranır; bağlılıqdan qur­tul­muş qəm nədir bilməz, qorxu hardan olsun?

215


Ehtirasdan qəm doğulur, ehtirasdan qorxu yaranır; ehtirasdan qurtul­muş qəm nədir bilməz, qorxu hardan olsun?

216


Arzudan qəm doğulur, arzudan qorxu yaranır; arzudan qurtulmuş qəm nə­dir bilməz, qorxu hardan olsun?

217


Yaxşılıq və bəsirətlə dolu, dhammada dəyanətli olan və doğru danı­şan, borcunu yerinə yetirən – beləsini xalq xoş olan sayır.

218


Fikri həzzlərə bağlanmamış, daxilində deyiləbilməyənin arzusu do­ğul­muş (və qoy o həm də idrakla dolu olsun) uddhamsota1 çağırılır.

219


Qohumlar, dostlar və tanışlar uzun müddət olmayan və çox uzaqlardan sağ-salamat qayıtmış birisini salamlayarkən sevinərlər.

220


Xeyir əməllər bu dünyadan digərinə köçmüş xeyirxah insanı qohumlar öz yaxınlarını qarşıladıqları kimi qarşılayarlar.



  1. Yüklə 1,64 Mb.

    Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin